Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş cinayətlər şübhəsiz ki, islamofobiyanın açıq-aydın təzahürüdür. Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciətində yer alıb.
#Prezident İlham Əliyev
Qardaş ölkələrin qanunverici orqanlarını birləşdirən bu mötəbər platforma parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, sosial və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsinə xidmət etməklə yanaşı, İslam həmrəyliyinin möhkəmləndirilməsini təmin edən vacib mexanizmlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşdən görüntülər paylaşılıb. Paylaşımda Qarabağın bərpasında Türkmənistanın dəstəyi xüsusi qeyd olunub. Dövlət başçısı bu münasibəti qardaşlıq və dostluq nümunəsi kimi dəyərləndirib. Türkmənistan xalqına xoş arzular ifadə edilib. Görüş iki ölkə arasında strateji tərəfdaşlığın davam etdiyini göstərir.
Prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən bir sıra şəxslər “Tərəqqi” medalı və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar. Mükafatlar dövlət qulluğunda səmərəli fəaliyyətə görə verilib. Təltif olunanlar müxtəlif qurumlarda çalışan əməkdaşlardır. Sərəncam Prezident Mətbuat xidməti tərəfindən açıqlanıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Qarabağda uşaqlarla görüşüblər. Görüşün görüntüləri sosial mediada paylaşılıb. Səfər çərçivəsində səmimi anlar yaşanıb. Tədbir iki ölkə arasında dostluq münasibətlərini əks etdirir. Görüş humanitar əlaqələrin simvolu kimi qiymətləndirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşada birgə nahar ediblər. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
İyunun 23-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri başa çatıb. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Cıdır düzündə olublar. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Prezident İlham Əliyev burada Türkmənistan dövlətinin başçısına “Mərd” adlı Qarabağ atını hədiyyə edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşada Bülbülün ev-muzeyində olublar. Milli Məclisin deputatı Polad Bülbüloğlu ali qonağa Bülbülün ev-muzeyi barədə məlumat verdi. Bildirdi ki, atasının anadan olduğu və uşaqlıq illərini keçirdiyi bu ev Ulu Öndərin göstərişi ilə Şuşa Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1982-ci ildə qəbul etdiyi qərarla Bülbülün ev-muzeyinə çevrilib. 1982-1983-cü illərdə təmir olunan binada muzey ekspozisiyası qurulub və önündə inzibati bina tikilib. Şuşanın işğalı zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandıran ev-muzeyinin bərpasına digər tarixi-mədəni abidələrimiz kimi, qədim şəhərimizin işğaldan azad olunmasından sonra başlanılıb. Həyətdə Bülbülün yeni büstü ucaldılıb.
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar.
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.