Tramp Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə Ağ Evdə keçirilən sammitdən sonra maraqlı anla yadda qalıb. O, mikrofonunun açıq olduğunu unudaraq Fransa prezidenti Emmanuel Makrona Rusiya prezidenti Vladimir Putinlə bağlı “Bu, çılğın səslənir, amma Putin mənim üçün bir sövdələşmə edəcək” deyib. Məsələ ilə bağlı nə ABŞ, nə də Fransa tərəfindən rəsmi açıqlama verilməyib. Lakin yayılan kadrlar sosial şəbəkələrdə və beynəlxalq mediada geniş rezonans doğurub.
#Volodimir Zelenski
Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, ABŞ prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski və Avropa siyasətçilərinin iştirakı ilə baş tutan danışıqlar yaxşı keçib və real irəliləyiş əldə olunub.
Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilir. Zelenski ilə yanaşı, görüşə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers, İtaliya baş naziri Corcia Meloni və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də qatılıb.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa Ukraynaya təhlükəsizlik təminatları verməyə hazırdır. Tramp bu barədə Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb. Trampın sözlərinə görə, bu məsələdə ABŞ da dəstək göstərəcək, lakin yardımın konkret forması hələ açıqlanmayıb.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukraynada atəşkəs sülh sazişinin imzalanması üçün məcburi şərt deyil, çünki tərəflər döyüşlər davam edərkən də razılaşma üzərində işləyə bilərlər. Bu barədə Tramp Ağ Evdə jurnalistlər qarşısında çıxış edərkən deyib.
ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı müharibəni bitirmək istədiyinə inandığını açıqlayıb. Tramp bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Ağ Ev rəsmiləri Ukrayna prezidenti Volodimir Zelenskidən Vaşinqtonda ABŞ prezidenti Donald Tramp ilə görüşə kostyum və qalstukla gəlməsini xahiş ediblər. Bu tələb Ukrayna tərəfinə Ağ Evin protokol xidməti vasitəsilə çatdırılıb.
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampa Rusiyanı sülhə məcbur etməklə bağlı çağırış edib. u barədə Zelenski ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüşdən sonra “Telegram” kanalında məlumat yayıb.
ABŞ prezidenti Donald Tramp bildirib ki, bütün tənqidçilərinə baxmayaraq, Ukraynadakı böhrana son qoymaqda qətiyyətlidir. “Bütün qısqanc tənqidçilərimə baxmayaraq, mən bunun öhdəsindən gələcəyəm. Mən həmişə bunu etmişəm və indi də edəcəyəm” – deyə, o qeyd edib.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirəcəyi görüş üçün Vaşinqtona çatıb. Zelenski, ABŞ mərkəzli X platformasında yayımladığı açıqlamada Trampla görüşmək üçün Vaşinqtona gəldiyini və daha sonra Avropa liderlərinin də qatılacağı bir görüş keçiriləcəyini bildirib. "Hamımız bu müharibəni tez və etibarlı şəkildə sona çatdırmaq üçün güclü bir istək hiss edirik. Və sülh daimi olmalıdır. Bu, illər əvvəl Ukraynanın Krımdan və şərqimizin bir hissəsi – Donbas bölgəsinin bir parçasından əl çəkməyə məcbur qaldığı və (Rusiya Prezidenti Vladimir) Putinin bunu yeni hücumu üçün tramplin kimi istifadə etdiyi zamankı kimi olmamalıdır." - deyə Zelenski qeyd edib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müdafiə-sənaye kompleksinə qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiya siyahısında ümumilikdə 39 fiziki şəxs və 55 şirkət var. Onların arasında 43-ü Rusiya, 10-u Çin, 2-si isə Belarus mənşəlidir. Siyahıya daxil edilən rus şirkətləri arasında “Energiya”, Pilotsuz Sistemlər və Texnologiyalar Mərkəzi, habelə “Neyrolab” Süni İntellekt Texnologiyaları Mərkəzi da yer alır.
Tramp, Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi sammitin nəticələri barədə Zelenskiyə məlumat verərək Moskvanın cəbhə xəttinin dondurulması müqabilində Ukrayna ordusunun Donbasdan çıxarılmasını təklif etdiyini söyləyib. Məlumata görə, Zelenski bu şərti qəbul etməyib və bildirib ki “bu, mümkün deyil.”