#Volodimir Zelenski

ABŞ prezidenti Donald Tramp bildirib ki, iki həftə ərzində Ukrayna münaqişəsi ilə bağlı ya yeni sanksiyalar və rüsumlar tətbiq edə, ya da ümumiyyətlə heç bir addım atmaya bilər. Trampdan ABŞ-ın iki həftə sonra Rusiyaya və Ukraynadakı münaqişəyə yanaşmasını dəyişməyə hazır olub-olmaması barədə sual veriləndə, o cavabında gələcək addımlar barədə qərar qəbul edəcəyini bildirib. “Bu, çox mühüm qərar olacaq: ya ciddi sanksiyalar tətbiq ediləcək, ya rüsumlar, ya hər ikisi, yaxud da ümumiyyətlə heç nə etməyəcəyik və deyəcəyik ki, ‘bu, sizin müharibənizdir’,” – deyə, ABŞ prezidenti vurğulayıb.

Son vaxtlar ABŞ-la Rusiya arasında Ukrayna müharibəsi ilə bağlı baş tutan təmaslar müasir zorakı diplomatiyanın bütün ziddiyyətlərini açıq şəkildə göstərdi. Formal baxımdan bu danışıqlar tamamilə uğursuz oldu: nə konkret sənədləşmiş razılaşma əldə edildi, nə də Kiyevin iştirakı ilə üçtərəfli sammit formatı quruldu. Amma digər tərəfdən, Qərbin artan sanksiya və iqtisadi təzyiqi fonunda bu cəhdlərin özü belə Kremlin maksimalist mövqelərdən geri çəkilməsinə gətirib çıxardı.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və prezidentin xüsusi elçisi Stiven Uitkoff Rusiya və Ukrayna ilə əlaqələri koordinasiya edəcək və yaxın zamanda Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenskinin görüşünün təşkilinə çalışacaqlar. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.