Xalq yazıçısı Elçin Əfəndiyev ilə vida mərasimi keçirilir. Vida mərasimi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirilir. Mərasimdə mədəniyyət nazirinin müavinləri, deputatlar, ölkənin ədəbi-ictimai xadimləri, media mənsubları iştirak edirlər.
#Elçin Əfəndiyev
Xalq yazıçısı sabah Elçin Əfəndiyev I Fəxri xiyabanda dəfn ediləcək. Bu barədə Azərbaycan Yazıçılar İttifaqından bildirilib.
Görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də, ömrünün 82-ci ilində vəfat edib.