Naxçıvan Beynəlxalq Aeroportu yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən bəzi aviareyslərin icrasında dəyişiklik edilib. Azərbaycan Hava Yolları Şirkəti tərəfindən Naxçıvan istiqamətində həyata keçirilən uçuşların bir hissəsi hava şəraitinin pisləşməsi ilə əlaqədar təxirə salınıb.