Kanada, ölkə üzrə təxminən 6.9 milyon hektar ərazinin kül olduğu, son illərin ən şiddətli meşə yanğınlarından biri ilə mübarizə aparır. Kanadanın Təbii Sərvətlər Nazirliyi və Qurumlararası Meşə Yanğınları Mərkəzi (CIFFC) ölkədəki meşə yanğınlarına dair son məlumatları açıqlayıb. Buna görə, əsasən Britaniya Kolumbiyası, Alberta və Saskaçevan əyalətlərində olmaqla, ölkə üzrə təxminən 740 meşə yanğını aktiv vəziyyətdədir.
#Qlobal meşə yanğınları
İspaniyanın cənubundakı Kadis şəhərinə bağlı məşhur turizm bölgəsi Tarifada iki gündür davam edən meşə yanğınları səbəbindən 1500-dən çox insan evlərindən və ya otellərdən təxliyə olunub. Endülüs muxtar bölgəsinin Daxili İşlər, Sosial Dialoq və Dövlət İdarəçiliyi naziri Antonio Sanz bildirib ki, Tarifada yerləşən "Torre la Pena II" düşərgə zonasından başlanan və sürətlə yayılan yanğınlara görə 1500-dən çox insan təxliyə edilib, 5 minə yaxın nəqliyyat vasitəsi ərazidən uzaqlaşdırılıb.
Portuqaliya, İspaniya, Bolqarıstan və digər Aralıq dənizi ölkələri son günlərdə artan temperatur və nəzarətdən çıxan yanğınlarla mübarizə aparır.
Türkiyənin Bursa vilayətinin Nilüfer rayonunda baş verən meşə yanğını ilə bağlı başlanan istintaq çərçivəsində saxlanılan 5 şübhəlidən biri həbs edilib. Üç azyaşlı ağacəkmə işlərinə cəlb olunub, digər bir azyaşlı barəsində ev dustaqlığı qərarı verilib.
İstanbul şəhər rəhbərliyindən verilən yazılı açıqlamaya əsasən, İstanbulda havai fişək, işarə fişeği, məşəl və digər partlayıcı–yanıcı maddələrin satışı və istifadəsi 29 iyul – 28 oktyabr 2025-ci il tarixləri arasında qadağan edilib.
Yanğınların çoxunun səhlənkarlıq, qəza və niyyətdən qaynaqlandığına diqqət çəkən Ülküdür, 2025-ci ildə baş verən meşə yanğınlarının yüzdə 88-nin insan səbəbli olduğunu qeyd edib.
Yunanıstanda temperaturun 44 dərəcəyə qədər yüksəlməsi nəticəsində, o cümlədən Afina ətrafındakı yaşayış ərazilərində də daxil olmaqla, ölkə boyu bir çox yerdə meşə yanğınları başlayıb.
Qlobal bir araşdırmaya görə, dünya üzrə meşələr hər dəqiqə 18 futbol meydançası böyüklüyündə ərazidə yoxa çıxır. Bu itkilərin təxminən yarısı meşə yanğınlarından qaynaqlanır.