#Dövlət Təhlükəsizliyi Xidməti

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 627 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesinə 03.12.2025-ci il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi müvafiq qaydalara uyğun olaraq şəffaf şəkildə həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 20-də davam etdirilib.

AzerVoice xəbər verir ki, tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş, Vyetnamın Prezidenti Lıonq Kıonq, ayrı-ayrı dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri və ekspertlər iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Konvensiyanı Azərbaycan Respublikası adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev imzalayıb.

Bakı şəhəri Səbail rayon məhkəməsində məhkəmə baxışı zamanı Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.