#Sosial media dələduzluğu

Yunanıstan hökuməti 15 yaşınadək uşaqların sosial media platformalarından istifadəsinin qadağan edilməsi ilə bağlı hazırlıqları yekunlaşdırmaq üzrədir. Rəsmi Afina rəqəmsal mühitdə uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə yeni məhdudiyyətlər üzərində işləyir. Yunanıstanın Rəqəmsal İdarəetmə Nazirliyi tərəfindən hazırlanan layihədə yaşın müəyyən edilməsi üçün mühüm infrastrukturdan istifadə olunacaq. Qeyd olunur ki, 2025-ci ilin noyabr ayından etibarən tətbiq edilən "Kids Wallet" proqramı uşaqların yaşını dəqiq təsdiqləmək üçün lazımi bazanı təmin edir. Bu sistem vasitəsilə platformalara daxil olan istifadəçilərin yaş həddinə uyğun olub-olmadığı yoxlanılacaq.

Türkiyədə, saxta elanlarla vətəndaşları aldadan, internet üzərindən qumar oynadan və “investisiya məsləhətçiliyi” adı altında dələduzluq edən 34 şübhəli saxlanılıb. Yerlikaya əməliyyatların Ankara, Adana, Muğla və Edirne mərkəzli olmaqla, Mersin, Niğde, Gaziantep, Kocaeli, Bursa, İstanbul, Batman, Manisa, İzmir, Şanlıurfa, Kayseri, Diyarbakır və Denizli vilayətlərində jandarma tərəfindən həyata keçirildiyini açıqlayıb.

Diyarbakır İl Təhlükəsizlik Müdirliyi Asayiş Şöbəsinin Dələduzluq Bürosu tərəfindən aparılan istintaq zamanı şübhəlilərin internet üzərindən mobil telefon satışı ilə bağlı alqı-satqı elanlarını manipulyasiya edərək həm satıcıları, həm də alıcıları aldadaraq ümumilikdə 106 milyon lirə qazanc əldə etdikləri müəyyən edilib. Polis, “Qancaq” adlı əməliyyat çərçivəsində 14 şübhəlini saxlayıb. Onlardan 12-si məhkəmə qərarı ilə həbs edilib, 2 nəfər isə səyahət qadağası ilə azadlığa buraxılıb.