#Özbəkistan

9 Aprel 2026-cı il tarixində Özbəkistanda İslam Sivilizasiyası Mərkəzində (Daşkənd şəh.) “Əmir Teymur və Teymurilər dövrünün dünya tarixində və mədəniyyətində rolu və əhəmiyyəti” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Tədbir Özbəkistan Respublikasının Prezidentinin "Əmir Teymurun anadan olmasının 690 illiyinin geniş qeyd edilməsi haqqında" Sərəncamına əsasən keçirilir.

Amerika Birləşmiş Ştatlarının paytaxtında ABŞ və Özbəkistanın İşgüzar və İnvestisiya Şurasının növbəti iclası baş tutub. Tədbirdə hər iki ölkənin dövlət və hökumət rəsmiləri təmsil olunub. İclasa Özbəkistan tərəfindən Prezident Administrasiyasının məsul şəxsi Saida Mirziyoyeva, ABŞ tərəfindən isə Ağ Evin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Serjio Qor qatılıb.

2026 -cı ilin fevral ayında Özbəkistandan Türkiyəyə 43 min 746 turist səfər edib ki, bu da 2025-ci ilin fevralı ilə müqayisədə 7,1 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 2,6 faiz təşkil edib. 2026-cı ilin yanvar-fevral aylarında Özbəkistandan Türkiyəyə 89 min 645 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,65 faiz çoxdur.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq, 18 milyon 874 min 89 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Özbəkistana elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq, 11 milyon 574 min 24 dollara çatdırıb.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bu gün suriyalı, qətərli və özbəkistanlı həmkarları ilə apardığı telefon danışıqlarında regionda davam edən müharibənin gedişatını və hücumların dayandırılması istiqamətində həyata keçirilən diplomatik səyləri dəyərləndirib. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, nazir Hakan Fidan Suriyanın Xarici İşlər naziri Əsəd Həsən Şeybani, Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani və Özbəkistanın Xarici İşlər naziri Baxtiyor Saidov ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Özbəkistanın paytaxtı Daşkənd şəhərində İtaliya, Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirakı ilə keçirilən "Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma" mövzusunda aqrobiznes forumu çərçivəsində təşkil olunan “Elm, Tədqiqat və Təhsil” adlı paneldə Azərbaycanda aqrar sahənin mövcud vəziyyəti, bu sahədə tədqiqat ekosistemi və elmi araşdırmaların kənd təsərrüfatının inkişafında roluna həsr olunan təqdimat keçirilib.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Özbəkistana dəri məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 48,5 faiz artaraq, 1 milyon 211 min 7 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Özbəkistana dəri məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 73,4 faiz artaraq, 868 min 19 dollara çatdırıb.

Humanitar yardımın təqdimetmə mərasimində İranın Dərgəz şəhərinin meri Müctəba Bəzmara, Xorasan-Rəzəvi vilayətində Xarici İşlər Nazirliyinin nümayəndəliyinin rəhbəri, nazir müşaviri Əli Məsumifər və İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbəhani iştirak ediblər.