#Şavkat Mirziyoyev

Şavkat Mirziyoyev Asiya İnkişaf Bankının illik toplantısında çıxışı zamanı Özbəkistan ilə Asiya İnkişaf Bankı arasında 12 milyard dollarlıq yeni əməkdaşlıq proqramının imzalandığını açıqlayıb. Onun sözlərinə görə, bu saziş qlobal iqtisadi qeyri-sabitlik fonunda davamlı inkişafın təmin olunmasına yönəlib. Prezident qeyd edib ki, müasir çağırışlar yeni texnologiyaların tətbiqini və iqtisadi alətlərin təkmilləşdirilməsini zəruri edir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ-a səfər edəcək. Məlumata görə, iclas fevralın 19-na təyin olunub. Qeyd olunur ki, cari ilin yanvar ayında Özbəkistan Prezidenti yeni beynəlxalq qurum olan Sülh Şurasının nizamnaməsini imzalayıb. Bununla da Özbəkistan təşkilatın təsisçi dövlətlərindən biri statusunu qazanıb.

Türkiyə və Özbəkistan azad və xüsusi iqtisadi zonalarda qarşılıqlı investisiya və texnologiya cəlb edən modellər yaratmağı hədəfləyir. Bu məqsədlə iki ölkə arasında təlim kursları, konfranslar və qarşılıqlı nümayəndə heyətlərinin səfərlərinin təşkili planlaşdırılır. Ötən həftə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi görüşlər və Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası mühüm razılaşmalarla yekunlaşıb. Bu çərçivədə Türkiyənin Ticarət Nazirliyi ilə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi arasında azad və xüsusi iqtisadi zonalar sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Ankaraya gəlib. Esenboğa Hava Limanında Şavkat Mirziyoyevi Prezident Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan qarşılayıblar.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Türkiyəyə yola düşüb. Rəsmi səfərin proqramına, həmçinin, bir sıra humanitar və mədəni tədbirlərdə iştirak da daxildir. Bu tədbirlərin iki ölkə arasında humanitar əlaqələrin genişləndirilməsinə və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanır.

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Asiya Olimpiya Şurasının (AOŞ) 46-cı Baş Assambleyası keçirilib. Səsvermə nəticəsində Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) sədrinin birinci müavini, Qətər Dövlətinin Olimpiya Komitəsinin prezidenti Şeyx Coaan bin Həməd Al Tani Asiya Olimpiya Şurasının yeni rəhbəri seçilib. Onun namizədliyi iştirakçılar tərəfindən yekdilliklə dəstəklənib.

22-23 yanvar 2026-cı il tarixlərində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulovanın Özbəkistan Respublikasına ilk rəsmi səfəri baş tutub. Səfər Türk Mədəniyyəti və İrsi Fondu ilə Özbəkistan Respublikası arasında güclü və uzunmüddətli tərəfdaşlığın başlanğıcını qoyan əlamətdar və tarixi bir hadisə kimi dəyərləndirilir. Bu, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevin təşəbbüsü ilə 7 oktyabr 2025-ci ildə Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Zirvə Görüşündə Özbəkistan Respublikasının Fonda tamhüquqlu üzv kimi qəbul edilməsi ilə bağlı mühüm qərara əsasən atılan addım olub.

Müasir dünyanın paradoksu ondadır ki, insanlığın ən qədim və eyni zamanda ən müasir problemlərindən biri olan yoxsulluğa qarşı qlobal mübarizə XXI əsrdə Asiya ölkələrinin bayrağı altında aparılır. Nə sosial dövlət sistemi ilə Avropa, nə də liberal yenidənpaylanma modeli ilə ABŞ, məhz Çin dövlət nəzarətini, bazar enerjisini və mədəni intizamı birləşdirən, institusional cəhətdən tam formalaşmış ilk yoxsulluqla mübarizə strategiyasını ortaya qoydu.