#Şavkat Mirziyoyev

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün Özbəkistana səfər edən Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb. Görüş zamanı iki ölkə arasında ali səviyyədə əldə olunmuş razılaşmaların icrası müzakirə olunub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün səfər edən Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşüb. Görüş zamanı iki ölkə arasında ali səviyyədə əldə olunmuş razılaşmaların icrası müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün noyabrın 15-də Özbəkistana səfərə gəlib.

Özbəkistanın Səmərqənd şəhəri sabah başlayacaq Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 43-cü Baş Konfransına ev sahibliyi edəcək. Bu, şəhərin tarixində keçiriləcək ən böyük beynəlxalq tədbir olacaq. Böyük İpək Yolu üzərində yerləşən və 3 min illik zəngin tarixi ilə yüzdən çox mədəni və memarlıq abidəsinə sahib olan Səmərqənddə sabah UNESCO-nun ən yüksək qərarverici orqanı olan Baş Konfrans başlayır.

Türk Dövlətləri Təşkilatı (TDT) təkcə üzv və müşahidəçi dövlətlərdə deyil, bütövlükdə Avrasiya regionunda inkişafa və sülhə nail olmaq istiqamətində mühüm irəliləyiş nümayiş etdirir. 6-7 oktyabr 2025-ci il tarixlərində qədim Azərbaycan şəhəri Qəbələdəki Heydər Əliyev Konfrans Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Liderlərinin XII Zirvə Toplantısı bu baxımdan əlamətdar hadisə oldu. “Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunmuş sammit Təşkilatın regional layihələrin idarə olunmasında gücünü və effektivliyini bir daha ortaya qoydu.

Yaxın perspektivdə biz Türkdilli Dövlətlərin Təşkilatı çərçivəsində ticarət, sahibkarlıq və qarşılıqlı investisiyalar üçün əlverişli şərait, hüquqi baza və infrastruktur təmin edəcək yeni iqtisadi imkanlar məkanının yaradılmasının tərəfdarıyıq. Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.