#Tomas Barak Suriya üzrə nümayəndə

ABŞ-ın Ankara səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bildirib ki, Suriya və İsrail “gərginliyi azaltmaq barədə razılığa yaxınlaşıblar”. Haaretz qəzetində yer alan xəbərə görə, Barak Birləşmiş Millətlər Təşkilatında (BMT) bir qrup jurnalistə Suriya ilə İsrail arasında yeni təhlükəsizlik razılaşmasının imzalanması üçün aparılan danışıqlar barədə fikirlərini bölüşüb. Barrack Suriya ilə İsrailin “gərginliyi azaltmaq barədə razılığa yaxın olduqlarını” bildirib.

ABŞ-ın Suriya və Livan üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barakın mətbuat konfransında jurnalistlərə qarşı işlədiyi ifadələr ölkədə gərginlik yaradıb. Beyrutda Livan prezidenti Cozef Aunla görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Barak, “Əgər bu görüş heyvani xaosa çevrilməyə başlasa, gedəcəyik. Mədəni olun” sözlərini işlədib. Bu açıqlama ictimaiyyətdə kəskin etiraza səbəb olub. Livan Prezident Administrasiyası həmin gün bəyanat yayaraq, qonağın söylədiyi ifadələrə görə təəssüf hissi keçirdiklərini bildirib və “insanlığa hörmətin əsas prinsip” olduğunu vurğulayıb.

İordaniya Haşimilər Krallığının ev sahibliyi ilə bu gün Əmmanda İordaniya-Suriya-ABŞ üçtərəfli görüşü başlayıb. İordaniya Xarici İşlər və Qürbətçilər Nazirliyində keçirilən toplantıda Suriyadakı mövcud vəziyyət və ölkənin yenidən qurulması prosesinə dəstək yolları müzakirə olunur. PETRA agentliyinin məlumatına görə, görüşdə Suriyanın xarici işlər naziri Əsəd Şeybani, ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak, həmçinin üç ölkənin müvafiq qurumlarının nümayəndələri iştirak edir. Toplantı, 8 iyulda Suriyanın cənubunda daimi sülhün yaradılması məqsədilə başlanan danışıqların davamıdır.

Nazirlər Şurasının qəbul etdiyi qərara əsasən, Hizbullah da daxil olmaqla Livandakı bütün silahlı qruplaşmaların fəaliyyətinə son qoyulacaq və onların silahları dövlət inhisarına keçəcək. İnformasiya naziri Paul Markus bildirib ki, məqsəd ölkədə yalnız dövlətin silahlı qüvvələrinin mövcudluğunu təmin etməkdir. ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bu addımı “tarixi və cəsarətli qərar” adlandırıb.

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə ABŞ prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi və ABŞ-ın Ankaradakı səfiri Tomas Barakın Parisdə İsrailin strateji işlər naziri Ron Dermerin iştirakı ilə təhlükəsizlik görüşü keçirəcəyi bildirilib.