Fələstin Qızıl Aypara Cəmiyyətinin sözçüsü Raid ən-Nims Rəfah sərhəd keçid məntəqəsi vasitəsilə həyata keçirilməsi planlaşdırılan üçüncü qrup xəstə və yaralıların təxliyəsinin təxirə salındığını elan edib. Sözçü mətbuata verdiyi açıqlamada Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Reabilitasiya Xəstəxanasından xəstələrin çıxarılması prosesinin dayandırılması barədə məlumat aldıqlarını bildirib.
#Rəfah bölgəsində daxili köç
İsrail təxminən iki illik fasilədən sonra Misir sərhədində yerləşən Rəfah sərhəd keçid məntəqəsindən cəmi 12 fələstinlinin Qəzza zolağına qayıtmasına icazə verib. 2024-cü ilin may ayından bəri ilk dəfə məhdud və ciddi nəzarət altında ikitərəfli keçid üçün açılan məntəqədən 9 qadın və 3 uşaq olmaqla 12 fələstinli keçib. Onlar Birləşmiş Millətlər Təşkilatına (BMT) məxsus avtomobillərin müşayiəti ilə Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nasir xəstəxanasına çatdırılıblar.
Səudiyyə Ərəbistanının Kral Salman Humanitar Yardım və Kömək Mərkəzi (KSrelief) tərəfindən hazırlanan yeni humanitar yardım karvanı çərşənbə günü Rafah sərhəd keçidindən Qəzza zolağına daxil olub. Karvanda böyük miqdarda ərzaq sovqatları yerləşdirilib və onlar Qəzza zolağının cənub-şərq hissəsinə çatdırılacaq. Yardımın çatdırılması Misir Qırmızı Aypara Cəmiyyəti ilə koordinasiya edilir və Səudiyyə xalq kampaniyasının bir hissəsi olaraq Fələstin xalqına dəstək məqsədi daşıyır. Bu yardım həmçinin Qəzza zolağının cənubundakı Al-Qarara və Al-Mawasi bölgələrində Səudiyyə düşərgələrinin qurulması ilə eyni vaxtda həyata keçirilir. Düşərgələr məcburi köçkünlər üçün sığınacaq və qış mövsümü üçün humanitar dəstək təmin edəcək.
13 may tarixində İsrail ordusu Xan Yunisdəki Avropa Qəzza Xəstəxanasının ətrafını 9 ağır bomba ilə vuraraq “Əl-Qəssam” briqadasının yeraltı qərargahını “hədəfə” aldığını açıqlayıb.