#MLS

Argentinalı futbol ulduzu Lionel Messi 2026-cı il Dünya Çempionatında iştirak etməyə bilər. Ekspertlər bildirir ki, turnirdə iştirak üçün Messinin fiziki forması həlledici rol oynayacaq, çünki Dünya Çempionatında MLS-dən daha yüksək səviyyədə fiziki hazırlıq tələb olunur.

Lionel Messi-nin İnter Miami ilə müqaviləsini yeniləməsi yalnız argentinalı superulduzun deyil, həm də yaxın dostlarının gələcəyini müəyyən edə bilər. Onunla yanaşı keçmiş Barça yoldaşları Serxio Buskets və Jordi Alba da İnter Miamiyə qoşuldu. Daha sonra uruqvaylı hücumçu Luis Suares də komanda ilə birləşdi. Ən son olaraq, Argentina millisindən Rodriqo De Paul da Mayamidə Messiyə qoşularaq dünya çempionlarının dostluğunu genişləndirdi.

Busqetsin klub karyerası Barselonada başladığı 2008-ci ildən dünya futbolunun ən uğurlu hekayələrindən birinə çevrildi. O, Barselonanın heyətində 722 oyuna çıxaraq 9 dəfə La Liqa, 3 dəfə Çempionlar Liqasını qazanıb.

Messi 2005-ci ildə debüt etdiyi Argentina millisində indiyədək 193 oyun keçirib və 112 qol vurub. O, yığma ilə dünya çempionluğu, iki dəfə Kopa Amerika və 2008-ci ildə Olimpiya qızıl medalını qazanıb. Uzun illərdir Albiselestenin simasına çevrilən futbolçu artıq karyerasının son mərhələsindədir.

ABŞ MLS liqasının müntəzəm çempionatı çərçivəsində keçirilən oyunda “Dallas” öz meydanında “Los-Anceles”lə 1:1 hesablı heç-heçə edib. “Los-Anceles”in heyətində debüt qolunu cənubi koreyalı hücumçu Son Hın Min vurub.

“İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi, əzələ zədəsindən sonra meydana çıxdığı ilk oyunda komandasına qələbə qazandırıb. ABŞ Peşəkar Futbol Liqasının (MLS) çempionat matçında “İnter Mayami” doğma meydanda “Los-Anceles Qalaksi”ni qəbul edib. Qarşılaşmanın 84-cü dəqiqəsində Messi hesabı dəyişərək komandasını irəli çıxarıb. Bir qədər sonra isə uruqvaylı Luis Suaresin vurduğu qolda məhsuldar ötürmə ilə yadda qalıb.

Messi qarşılaşmanın 11-ci dəqiqəsində ayağında hiss etdiyi ağrı səbəbindən əvəzlənib. Matçdan sonra “İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano bildirib ki, futbolçu dizaltı vətər nahiyəsində narahatlıq hiss edib.