Kurtulmuş açıqlamasında Fələstinə dəstəyin davam etdiriləcəyini vurğulayıb. “Fələstin bizim üçün milli bir məsələdir, milli kimliyimizdən əsla ayrılmayacaq böyük bir parçasıdır və biz bunu sona qədər müdafiə etməyə davam edəcəyik”, – deyə o bildirib. Qeyd edək ki, Türkiyə rəsmiləri son dövrlərdə Fələstin məsələsini beynəlxalq platformalarda daimi olaraq gündəmdə saxlayır və bu mövzuda qəti mövqeyini nümayiş etdirir.
#Fələstin hüquqları dəstəyi
"Fələstinə Dəstək Platforması"na daxil olan vətəndaş cəmiyyəti təşkilatları, İsrailin Qəzza zolağında davam etdirdiyi hücumlara və blokadaya qarşı “Qəzzaya ümid ol” şüarı ilə İstanbulda yürüşə başlayıblar. İştirakçılar, əllərində fənərlər və məşəllərlə Ayasofya Məscidinə doğru irəliləyərkən, şəhərin müxtəlif yerlərindən gələn insanlar Qəzzaya dəstək şüarları səsləndiriblər. Yürüş boyu “Azad Fələstin” və “Qatil İsrail” şüarları eşidilib.