Suriya xarici işlər naziri Əsəd Şeybani və İsrailin strateji məsələlər naziri Ron Dermer Parisdə ABŞ-ın təşəbbüsü ilə görüş keçiriblər. Görüşdə bölgədə gərginliyin azaldılması məqsədi ilə dialoqun davam etdirilməsinə dair razılıq əldə olunub.
#Suriya İsrail danışıqları
Suriya, İsrail ordusunun ölkənin cənub ərazilərindən geri çəkilməsi ilə bağlı İsraillə birbaşa danışıqlar aparıb.
İsrailin bəzi media orqanlarının verdiyi məlumata görə, "məlumatlı suriyalı mənbə"yə istinadən, Suriya və İsrailin 2025-ci ilin sonuna qədər sülh sazişi imzalayacağı gözlənilir. Bu açıqlamalar, Suriya prezidenti Əhməd əş-Şəraanın bir neçə gün əvvəl verdiyi bəyanatın ardınca gəlib. Prezident həmin çıxışında Dəməşqin beynəlxalq vasitəçilər və diplomatik kanallar vasitəsilə İsrailin cənub bölgələrdəki hücumlarını və müdaxilələrini dayandırmaq üçün çalışdığını, və "Suriya suverenliyinin qorunmasının hər şeydən üstün olduğunu" vurğulamışdı.
Suriya ilə İsrail arasında bu cür danışıqların tarixi 1948-ci il Fələstin Nakbasından əvvələ, atəşkəs müzakirələri dönəminə qədər uzanır.