Volodimir Zelenski Aİ-nin daha güclü olması üçün yeni üzvlərin qəbulunu təklif edərkən Türkiyənin ittifaq üçün strateji əhəmiyyət daşıdığını ön plana çıxarıb. Zelenski çıxışında əlavə edib ki, Türkiyə ilə yanaşı Ukrayna, Norveç və Böyük Britaniya kimi dövlətlərin də ittifaqda təmsil olunması Aİ-ni daha təsirli geosiyasi gücə çevirə bilər.
#Türkiyə-Avropa İttifaqı münasibətləri
Avropa İttifaqı (Aİ) Komissiyasının genişlənmə üzrə məsul üzvü Marta Kos sabah Türkiyəyə rəsmi səfər edəcək və Xarici İşlər naziri Hakan Fidan ilə görüşəcək. Görüşdə nazir Fidanın Aİ-yə tam üzvlüyün Türkiyə üçün strateji hədəf olaraq qaldığını vurğulaması və birliyin Türkiyəyə qarşı qərəzsiz, ədalətli yanaşma nümayiş etdirməsinin vacibliyini diqqətə çatdırması gözlənilir. Türkiyə tərəfi ikitərəfli münasibətlərdəki mövcud tıxacların aradan qaldırılması üçün qurumsal və çoxşaxəli əməkdaşlıq çərçivəsinin yaradılmasını tələb edəcək.