Şirkət 2025-ci ilin sonuna qədər 100 metr dərinlikdə üç nəfərin yaşaya biləcəyi “Vanguard” kapsulunu sınaqdan keçirməyi planlaşdırır. Daha inkişaf etmiş “Sentinel” isə 2027-ci ildə istifadəyə veriləcək və 200 metr dərinlikdə altı nəfərin 28 gün qalmasına imkan yaradacaq.
#dəniz ekosistemi
Ekoakustika üzrə mütəxəssis və sosioloq İpek Oskay bildirib ki, iqlim dəyişikliyi dəniz suyunun temperaturunu, duzluluğunu və turşuluq (asitlik) səviyyəsini dəyişdirir, bu da dənizaltı səs mühitini poza bilər: “Səs siqnallarını səhv qəbul edən balıqların yırtıcılardan qaçma və cütləşmə davranışları mənfi təsirlənə bilər”.