#Fars körfəzi mübahisəsi

Müharibə müvəqqəti dayanıb, lakin “İranın ərəb ölkələrinə hücumunun qarşısının necə almaq olar” sualı ətrafındakı müzakirələr daha da güclənir. Artıq bölgədə ənənəvi çəkindirmə metodları öz qüvvəsini itirib. Bu, sadəcə nəzəri bir qeyd deyil; sürətlənən regional proseslər göstərir ki, Fars körfəzi yeni mərhələyə qədəm qoyub. İndi təkcə hərbi güc təhdidlərin qarşısını almaq üçün kifayət etmir, müharibədən qaçmaq isə hələ sabitlik demək deyil. Pakistanın vasitəçiliyi ilə əldə olunmuş iki həftəlik atəşkəs regional münaqişədə mühüm dönüş nöqtəsidir. Lakin bu, körfəz ölkələrinin təhlükəsizlik sistemində yeni alətlər və yollar axtarmasını zəruri edir. Bu gün şahidi olduğumuz proses "hərəkətin qarşısını almaq" məntiqindən, böhranların davamlı eskalasiya (gərginliyin artması) fonunda idarə edilməsi reallığına keçiddir.

İran, Oman Dənizi və Fars Körfəzi sularını boru xətti ilə İsfahan bölgəsinə çatdırmağı nəzərdə tutan “Dəniz Suyunu Orta Platolara Daşıma Layihəsi”nin üçüncü mərhələsinə start verib. İran Prezident Məsud Pezeşkian layihənin 800 kilometrlik Sircan–İsfahan hissəsinin açılışını edib. Layihə, xüsusilə İsfahandakı polad sənayesinin su ehtiyacını qarşılamaq məqsədi daşıyır və Mubarek Polad Şirkətinin dəstəyi ilə həyata keçirilir.

İran Xarici İşlər Nazirliyi Ərəb Liqasının xarici işlər nazirlərinin yekun bəyanatında yer alan Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları ilə bağlı irəli sürülən iddiaları rədd edərək, onların “əsassız və yalan” olduğunu bəyan edib. İran, Ərəb Liqasının İsrailin Qəzzada həyata keçirdiyi soyqırımı pisləməsini alqışlayaraq, təşkilatı İslam-Ərəb həmrəyliyini möhkəmləndirməyə və diqqəti əsas məsələdən – İsrailin regiondakı işğal və cinayətlərindən yayındıracaq addımlardan çəkinməyə çağırıb.

İran Xarici İşlər Nazirliyi, Fars (Ərəb) körfəzində yerləşən Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları ilə bağlı Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzv ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatına sərt reaksiya verib. bəyanatda qeyd olunub ki, “İranın bu üç ada ilə bağlı atdığı hər hansı qərar və ya addım Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) suverenliyini təsdiqləyən tarixi və hüquqi faktların yerini tuta bilməz”. Tehran isə bu iddiaları “köhnəlmiş və hüquqi əsası olmayan” adlandırıb.