#Ştutqart

Almaniya Bundesliqasında mövsümün 16-cı turu çərçivəsində “Bayer”lə “Ştutqart” arasında keçirilən qarşılaşma yekunlaşıb. Leverkuzen şəhərində yerləşən “BayArena”da baş tutan oyunda meydan sahibləri qonaqları qəbul ediblər. Matç “Ştutqart”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Fənərbaxça UEFA Avropa Liqasının dördüncü turunda səfərdə Çexiya təmsilçisi Viktoriya Plzenlə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq və qarşılaşmanı hollandiyalı hakim Allard Lindhout idarə edəcək. Ona yan xət hakimləri Rogier Honig və Johan Balder kömək edəcəklər. Matçın dördüncü hakimi isə Jannick Van Der Laan olacaq.

Fənərbaxça Super Liqada “Qaziantep FK” ilə səfərdə qarşılaşacaq. Trendyol Super Liqasının 10-cu turunda keçiriləcək Qaziantep FK – Fənərbaxça oyunu bu axşam saat 21:00-da Qaziantep Stadionunda baş tutacaq. Qarşılaşmanı Atilla Karaoğlan idarə edəcək, ona Ceyhun Sesigüzel və Serkan Çimen kömək edəcəklər. Liqa çərçivəsində son oyununda “Fatih Karagümrük” üzərində 2–1 hesablı qələbə qazanan fənərlilər, həftə ərzində UEFA Avropa Liqasında Almaniyanın “Ştutqart” klubunu da 1–0 hesabı ilə məğlub etməyi bacarıb.

Türkiyənin "Fənərbağça" klubu baş məşqçi Joze Mourinyonun ayrılmasından sonra 39 yaşlı italiyalı mütəxəssis Domeniko Tedesko ilə müqavilə imzalayıb. Bu barədə klubun yaydığı açıqlamada deyilir. “Komandanın baş məşqçiliyi üçün cənab Domeniko Tedesko ilə 2025-2026 və 2026-2027 mövsümlərini əhatə edən iki illik müqavilə imzalanıb” - deyə, açıqlamada bildirilib.