İstanbul Valiliyi tərəfindən 1 May Əmək və Həmrəylik Günü ilə əlaqədar şəhərin bir sıra rayonlarında yollar, metro stansiyaları və dəniz nəqliyyatı məhdudlaşdırılıb. Bildirilib ki, Taksim, Şişhane və Osmanbey metro stansiyaları bağlanıb, bəzi tramvay və funikulyor xətləri üzrə hərəkət dayandırılıb. Eyni zamanda dəniz nəqliyyatında da məhdudiyyətlər tətbiq olunub.