Səudiyyə Ərəbistanı bir il müddətində qüvvədə olan çoxdəfəlik Ümrə vizasını təqdim edib. Yeni viza zəvvarlara Krallığa bir neçə dəfə daxil olmaq və ümumilikdə 90 gün qalmaq imkanı verir. Viza Həcc mövsümündə istifadə edilə bilməz. Zəvvarlar hər səfər öncəsi “Nusuk” platforması üzərindən xidmət paketi almalıdırlar. Ümrə icazəsi də hər girişdən əvvəl elektron qaydada əldə edilməlidir. Ölkədən çıxışdan sonra viza müvəqqəti dayandırılır və sonradan yenidən aktivləşdirilir. Yeni tətbiq Ümrə səfərlərinin daha rahat təşkilinə imkan yaradacaq.
#Ümrə
Məkkə, İslam dinində mühüm yer tutan, Kəbənin yerləşdiyi müqəddəs şəhərdir. Bura Peyğəmbər Məhəmmədin (s.ə.s.) doğulduğu və boya-başa çatdığı Ərəbistanın iki əsas şəhərindən biridir. Qurani-Kərimdə Məkkənin adı "Bəkkə", "Ümmülqura" (Şəhərlərin anası) və "Bələduləmin" (Təhlükəsiz şəhər) kimi qeyd olunur.
Açıqlanan təqvim əməliyyat səmərəliliyinin artırılması istiqamətində görülən işlərin tərkib hissəsi olaraq viza rəsmiləşdirilməsi, müqavilə prosedurları və zəvvarların qarşılanması ilə bağlı mühüm tarixləri və elektron xidmətləri özündə əks etdirir.
Buraya aşağıdakılar daxildir:şəxsi və ailəvi ziyarət vizaları,tranzit və ya dayanmadan keçid vizaları,iş vizaları,turist e-vizaları və digər etibarlı vizə növləri. Ümrə vizası artıq “Nusuk Umrah” platforması ilə onlayn əldə edilə bilər. Nazirlik açıqlamasında bildirib ki, Ümrə səyahətini planlaşdıranl