#İsrail-Suriya gərginliyi

Katz X platformasında bu barədə paylaşım edib. “7 oktyabr hadisələri göstərir ki, İsrail Müdafiə Qüvvələri Qolan və Qalileyanı qorumaq üçün Hermon dağında qalmalıdır,” - deyə bildirib. Suriya Xarici İşlər Nazirliyi isə İsrailin Təl-Bat əl-Vardı təpəsinə 60 əsgər və 11 maşın yerləşdirməsini “suverenliyin pozulması” kimi pisləyib. Dəməşq bu təcavüzün regional sabitliyi təhdid etdiyini vurğulayıb. X platformasında yayılan fikirlər, İsrailin Suriya ərazilərini ilhaq siyasətinin “Vəd edilmiş Torpaq” ideologiyasına xidmət etdiyini iddia edir.

Suriya dövlətinə məxsus Əl-İxbariyyə telekanalının məlumatına görə, İsrail qüvvələri çərşənbə günü Quneytra çölündə yerləşən Səmdaniyyə əl-Qərbiyyə kəndinə yaxınlaşaraq Rəsm ər-Ravadi bölgəsinə doğru irəliləyib. ​Bu ərazi işğal altındakı Colan təpələrinə bitişik döyüş zonası kimi tanınır. Məlumata əsasən, İsrail ordusu son üç ayda Suriyanın cənubunda altı yeni hərbi baza inşa edib. Yalnız avqust ayında Quneytra əyalətinə beş ayrı hücum həyata keçirilib, onlardan sonuncusu çərşənbə axşamı baş verib və nəticədə bir nəfər həlak olub. İsrail tərəfi bu xəbərlə bağlı rəsmi açıqlama verməyib.

Suriya dövlət televiziyası Əl-İxbariyyənin məlumatına görə, hücum dünən günorta saatlarında Dəməşqin cənub-qərbindəki Qusva bölgəsində Suriya ordusunun mövqelərinə qarşı həyata keçirilib. Bundan əlavə, İsrail qüvvələrinin Quneytranın şimalındakı Tiranca kəndində bir evə hücumu nəticəsində 1 mülki vətəndaş həlak olub. Suriya Xarici İşlər Nazirliyi hücumları “qətiyyətlə” pisləyib və İsrailin bu addımlarını suverenliyin pozulması kimi qiymətləndirib. X platformasında yayılan fikirlər, İsrailin Suriyadakı hərbi əməliyyatlarının regionda gərginliyi artırdığını göstərir.

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubuna zərbə endirib. Hücum Colan təpələrinin atəşkəs xəttinin əvvəllər Suriyanın nəzarətində olan tərəfində yerləşən Taranja kəndindəki bir evi hədəf alıb. Nəticədə bir nəfər həlak olub.

Türkiyə Xarici İşlər Nazirliyi bu gün yaydığı bəyanatda İsrailin Suriyaya qarşı həyata keçirdiyi hücumları qətiyyətlə pisləyib. Nazirlik əlavə edib ki, “Türkiyə, Suriya xalqının haqlı gözləntilərinə uyğun olaraq, terrordan təmizlənmiş, təhlükəsizliyi təmin olunmuş və ərazi bütövlüyü qorunmuş bir Suriya vizyonunu dəstəkləməyə davam edəcək.”

Suriya Xarici İşlər Nazirliyi sentyabrın 25-də İsraillə təhlükəsizlik müqaviləsi imzalanacağına dair yayılan xəbərləri rədd edib. Nazirliyin Media Departamentinin Koordinasiya və Kommunikasiya İdarəsi iki tərəf arasında hər hansı təhlükəsizlik sazişinin imzalanması ilə bağlı iddiaları inkar edib. Bununla yanaşı, Suriyanın xarici işlər naziri Əsəd Əl-Şabani Parisdə İsrail nümayəndə heyəti ilə görüşərək regionda sabitliyin möhkəmləndirilməsi, gərginliyin azaldılması və Sveyda əyalətində atəşkəsin monitorinqi kimi məsələləri müzakirə edib. Qeyd edək ki, bu açıqlama Suriya və İsrail arasında ABŞ-ın himayəsi altında təhlükəsizlik sazişi imzalanacağına dair iddiaların yayılmasından sonra verilib.

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani və Kəşfiyyat Direktoru Hossein Salame Fransanın paytaxtı Parisdə İsrailin strateji işlər naziri Ron Dermer ilə görüşüblər. Xarici mənbələr bildirir ki, görüş zamanı tərəflər Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini və ölkəni parçalamaq məqsədi daşıyan layihələrə qarşı olduqlarını bir daha təsdiqləyiblər. Sveydanın Suriyanın ayrılmaz hissəsi olduğu və druz vətəndaşlarının milli toxumanın vacib elementi olduğu vurğulanıb. Görüşdə Suriyanın cənubunda humanitar vəziyyət müzakirə olunub, tərəflər Sveyda və Bədəvi xalqlarına yardımı artırmaq və onların çətin həyat şəraitini yüngülləşdirmək barədə razılığa gəliblər. Həmçinin 1974-cü il atəşkəs razılaşmasının yenidən aktivləşdirilməsi və İsrailin Suriya ərazilərinə müdaxiləsinin dayandırılması üçün mexanizmin yaradılmasının zəruriliyi qeyd olunub.

Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani Ankarada Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında İsrailin regiondakı fəaliyyətlərini sərt tənqid edib.Nazir Şeybani bildirib ki, əvvəlki illərdə olduğu kimi, İsrailin təkrarlanan təhdidləri bu gün də Suriyanın suverenliyini hədəf alır və vətəndaşların təhlükəsizliyini ciddi risk altına salır.Suriya rəsmisi həmçinin qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, ölkə daxilində işlər balanslı və praktik şəkildə davam etdirilir.