#Bakı

Bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılışı keçirilir.Forumun əsas tədbirləri Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Mayın 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə baş tutur. Dünyanın ən nüfuzlu urbanizasiya platformalarından hesab olunan forum Bakını qlobal şəhərsalma və dayanıqlı inkişaf müzakirələrinin mərkəzinə çevirəcək. Tədbirə 182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi WUF tarixində ən yüksək göstəricilərdən biri kimi dəyərləndirilir.

Mayın 17-də Bakıda dünyanın ən nüfuzlu şəhərsalma platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başlayır. WUF13 BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur.

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar yollarda tənzimləmənin aparılması və tətbiq ediləcək məhdudiyyətlər səbəbindən mayın 16-dan 28 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir, 4 sayda ekspres marşrutun fəaliyyəti isə müvəqqəti dayandırılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək WUF13 tədbiri ilə bağlı görülən hazırlıq və quruculuq işləri ilə tanışlığını əks etdirən görüntülər paylaşılıb. Kadrlarda ərazidə aparılan infrastruktur işləri, təşkilati hazırlıq prosesi və beynəlxalq tədbir üçün yaradılan şərait nümayiş olunur.

Bakıda keçirilən IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsində Türk dövlətləri arasında texnologiya, innovasiya və mühəndislik sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Tədbirdə süni intellekt, kibertəhlükəsizlik, müdafiə sənayesi, enerji və dayanıqlı inkişaf kimi strateji mövzular üzrə panel və sessiyalar təşkil edilib. Zirvə çərçivəsində müxtəlif ölkələrdən mühəndislər, akademiklər və iş adamları arasında B2B görüşlər və elmi-texnoloji əməkdaşlıq imkanları da müzakirə olunub.