#Bakı

Tədbirdə Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının üzvü, Bakı Arbitraj Mərkəzinin rəhbəri Kəmalə Mehtiyeva, Ali Məhkəmənin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov, Ədliyyə naziri Fərid Əhmədov, xarici və yerli rəsmilər iştirak edirlər.

Oktyabrın 22-də Azərbaycan İstiqlal Muzeyində Çanaqqala döyüşlərinin 110 illiyinə həsr olunmuş “Cəbhədən fotolarla: Çanaqqala döyüşləri” adlı fotosərgi və panel keçirilib. Tədbir Azərbaycan və Türkiyə Mədəniyyət Nazirliklərinin, Bakı Yunus Əmrə İnstitutu və İstiqlal Muzeyinin birgə təşkilatçılığı, Türkiyənin Bakıdakı səfirliyinin və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə reallaşıb.

Kamerunlu futbolçu Vinsent Abubakar Neftçiyə transfer olub. Təcrübəli hücumçunun Neftçi klubu ilə 1+1 illik müqavilə imzalayacağı bildirilib. Məlumata görə, Abubakar bu gün səhiyyə yoxlanışından keçmək və rəsmi müqaviləyə imza atmaq üçün Bakıya gələcək.

Tədbir “Femmes Digitales – Supporting Women in Tech” İctimai Birliyi və Estoniyanın Elektron Hökumət Akademiyası (e-Governance Academy, eGA) tərəfindən təşkil olunub və “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) beynəlxalq kiberfestivalı çərçivəsində baş tutur.

Tədbir çərçivəsində kibertəhlükəsizlik həlləri sərgisi keçirilib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) sərgidə öz stendi ilə təmsil olunub və ziyarətçilərə “GAIA” və “Awero” adlı yerli innovativ məhsullar təqdim edilib. Hər iki həllin funksionallığı və praktiki tətbiq imkanları nümayiş etdirilib.