"Həkimlərin yetişdirilməsi uzunmüddətli bir prosesdir və bu səbəbdən ölkədə, xüsusən də regionlarda bu çətinlik hiss olunur. Bu problemi aradan qaldırmaq məqsədilə “Mental Klinika” layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilin sonuna qədər elə bir sahə qalmayacaq ki, orada hər hansı ixtisas üzrə həkim çatışmazlığı mövcud olsun", - deyə o əlavə edib.
#Bakı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində xarici işlər naziri Baxtiyor Saidovla görüşüb.
Bakıda Heydər Əliyev Mərkəzi Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə bu ölkənin bayrağı ilə proyeksiya olunub. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində paylaşım edib. "Qardaş Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edirik. Bu dəqiqələrdə Heydər Əliyev Mərkəzi üzərində Türkiyə bayrağının işıqlandırılması qardaşlığımızın növbəti bir nümunəsidir", – Hacıyev paylaşımında qeyd edib.
Ombudsman saxlanılan şəxslərin təqsirsizlik prezumpsiyası, hüquqi yardıma çatım və tərcüməçidən istifadə hüquqlarının təmininin vacibliyini vurğulayıb.
Donald Tramp ABŞ-nin Bakı ilə İrəvan arasında dialoqun qurulmasında əsas rol oynadığını bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimi keçirilib. Tədbir çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Ərazidə iqlim və torpaq şəraitinə uyğun hesab olunan Eldar şamı, qara şam, adi şam, zeytun, daş palıdı, Arizona sərvi və piramidal sərv ağacları əkilib. Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin Milli Parkın ərazisi və təbiəti ilə yaxından tanış olublar.
Səfir Qismət Gözəlovun “Türkmənistanın xarici siyasəti və diplomatiyası” jurnalında “Ortaq irs üzərində qurulmuş tərəfdaşlıq: Azərbaycan-Türkmənistan münasibətlərinin yüksəlişi” adlı ingilis dilində məqaləsi dərc edilmişdir.
31 oktyabr 2025-ci ildə ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Belçikanın müstəmləkə keçmişinə və onun hazırkı ağır fəsadlarına həsr olunmuş “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfrans keçiriləcək.
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni Respublikası Günü münasibətilə təbrik edib.
Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilməsi işləri davam etdirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 2023-2025-ci illər ərzində keçirilən müsabiqələr nəticəsində marşrut xətlərində daha müasir və komfortlu nəqliyyat vasitələri cəlb olunub.
Oktyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuralıyevi qəbul edib.