#Bakı

ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri Allison Huker Şəhidlər Xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad edib. Bildirilib ki, dəyərlərini müdafiə edərək həyatını itirən bütün insanları xatırlayır və münaqişə nəticəsində sevdiklərini itirmiş ailələrə və dostlara dərin hüznlə başsağlığı verir.

Qırğızıstan Türkdilli Dövlətlərin Təşkilatına (TDT) üzv dövlətlərin Qızıl Aypara Şəbəkəsində sədrlik vəzifəsini Azərbaycana təhvil verdiyini elan edib. Bunu bu gün Qırğızıstanın Milli Qızıl Aypara Cəmiyyətinin prezidenti Çingiz Çakipov TDT-nin Qızıl Aypara Şəbəkəsi rəhbərlərinin Bakıda keçirilən iclasında bəyan edib. Qırğızıstan Milli Cəmiyyətinin rəhbəri sədrlik vəzifəsini Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslana təhvil verib.

Bakıda Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclası keçirilir. Şəbəkənin üzvləri olan Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan respublikalarının Qızıl Aypara Cəmiyyətləri ilə yanaşı, müşahidəçi qismində Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti Qızıl Aypara Cəmiyyətlərinin rəhbərləri iştirak edirlər.

Dövlət Turizm Agentliyininin təşkilatçılığı ilə regionlarda turizm sahəsində ixtisaslaşmanı və xidmət keyfiyyətini artırmaq, yerli icmalarda məşğulluq imkanlarını genişləndirmək və turizm fəaliyyətinin dayanıqlılığını təmin etmək məqsədilə təlimlər təşkil olunub.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev cənab Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində əldə olunan razılaşmaların iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün yeni mərhələ açdığını bildirib. O qeyd edib ki, hazırda Çinlə turizm əlaqələrində iki əsas istiqamətə - ölkəmizdə “China Ready” konsepsiyasının tətbiqinə və Çində marketinq fəaliyyətlərinin genişləndirilməsinə xüsusi diqqət verilir. Fuad Nağıyev bu kimi tədbir və təşəbbüslərin Azərbaycan və Çin arasında qarşılıqlı turist axınının artmasına, iqtisadi və mədəni əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Noyabrın 19-20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Şəkidə din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək. Seminar-treninq dini sahədə çalışan şəxslərin peşəkar hazırlıq səviyyəsini yüksəltmək və onları müasir dövrün dini-ictimai tələblərinə cavab verə biləcək səriştəli yanaşmalarla təmin etmək məqsədilə təşkil edilir.