#Bakı

Fələstinli mənbələrin "Asharq Al-Awsat" qəzetinə verdiyi məlumata görə, HƏMAS və Qəzzadakı digər qruplaşmalar bölgənin yenidən qurulması üçün ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü "tam tərksilah" şərtini müzakirə edirlər. HƏMAS-ın xaricdəki rəhbəri Xalid Məşal Qəzzadakı sahə komandirləri ilə əlaqə saxlayaraq "müqavimət silahları"nın gələcəyi barədə məsləhətləşmələr aparıb.

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Ramazan bayramı münasibətilə krallıq vətəndaşlarına və bütün İslam dünyasına müraciət edib. Kral Salman ölkəsinin regional münaqişələrin qarşısının alınması və qlobal təhlükəsizliyin təmin edilməsi istiqamətindəki qətiyyətli mövqeyini bir daha vurğulayıb.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə keçirdiyi birgə mətbuat konfransında Yaxın Şərqdəki gərginliyə görə birbaşa İsraili ittiham edib. Fidan Ankaranın İrandakı mülki infrastruktura və dinc əhaliyə edilən hücumları qətiyyətlə pislədiyini bildirib.

"IX Milli İnsan Resursları Forumunda əsas fokusumuz yeni reallığı daha yaxşı anlamaq və ona uyğun daha çevik, daha insani və daha strateji yanaşmalar formalaşdırmaqdır." “Facemark” şirkətinin təşkilatçılığı və “HR Option” şirkətinin təşkilati dəstəyi ilə 16 may tarixində “Baku Marriott Hotel Boulevard”da IX Milli İnsan Resursları Forumu təşkil olunacaq.

19 mart 2003-cü il tarixində ABŞ və müttəfiq qüvvələri İraqa qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Bu müharibə yaxın tarixin ən mübahisəli hərbi müdaxilələrindən biri kimi yadda qalıb. Əməliyyatın əsas bəhanəsi Səddam Hüseynin kütləvi qırğın silahlarına sahib olması iddiası idi, lakin müharibədən sonra bu iddialar öz təsdiqini tapmadı.

ABŞ Dövlət Departamenti ölkəyə giriş vizası üçün müraciət edən şəxslərdən 15 000 dollaradək maliyyə zəmanəti (bond) tələb olunan ölkələrin siyahısını genişləndirib. Çərşənbə günü siyahıya daha 12 ölkənin əlavə edilməsi ilə bu məhdudiyyətə məruz qalan dövlətlərin ümumi sayı 50-yə çatıb. Yeni qərar aprelin 2-dən etibarən Kamboca, Efiopiya, Gürcüstan, Qrenada, Lesoto, Mavriki, Monqolustan, Mozambik, Nikaragua, Papua Yeni Qvineya, Seyşel adaları və Tunis vətəndaşlarına şamil olunacaq. Tramp administrasiyası bu addımı viza müddətini aşanların sayını azaltmaq və qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün effektiv mexanizm kimi müdafiə edir.

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard ölkənin kəşfiyyat ictimaiyyətinin son qiymətləndirməsini açıqlayaraq, İranın ötən ilki hücumlardan sonra nüvə zənginləşdirmə imkanlarını bərpa etmədiyini bildirib. Bu bəyanat Prezident Donald Trampın İrana qarşı müharibəyə başlamaq üçün gətirdiyi əsas arqumentlərdən birini ciddi şübhə altına qoyur.

Yaxın Şərqdə davam edən müharibə və Hörmüz boğazının bağlanması fonunda Çin hökuməti Tayvana "enerji təminatı müqabilində birləşmə" təklifi verib. Çin Dövlət Şurasının Tayvan İşləri İdarəsinin sözçüsü Çen Binhuan Pekinin Tayvanı sabit və etibarlı enerji resursları ilə təmin etməyə hazır olduğunu bəyan edib. Tayvan tərəfi isə bu təklifə hələlik rəsmi cavab verməsə də, ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün ABŞ və digər alternativ mənbələrdən tədarükü artırdığını bildirib. Taybey rəsmiləri Çinin suverenlik iddialarını rədd edərək, adanın gələcəyini yalnız xalqın təyin edə biləcəyini vurğulayırlar. Hazırda Tayvan maye qazın (LNG) üçdə birini Qətərdən idxal edir və Çindən enerji asılılığı yoxdur.

İsrail ordusunun rəsmi nümayəndəsi müharibənin gedişatı və İranın yüksək rütbəli rəhbərliyinə qarşı həyata keçirilən xüsusi əməliyyatlarla bağlı mühüm bəyanatlarla çıxış edib. Tel-Əviv rəsmisi vurğulayıb ki, həyata keçirilən strateji sui-qəsdlər sayəsində İran rejiminin gücü əhəmiyyətli dərəcədə zəiflədilir. İsrail hərbi sözçüsünün açıqlamasında əməliyyatların texniki və strateji tərəfləri barədə bir neçə əsas məqam vurğulanıb.

Pakistan və Əfqanıstan hökumətləri Ramazan bayramı münasibətilə hərbi əməliyyatları müvəqqəti dayandırmaq barədə razılığa gəliblər. Pakistanın informasiya naziri Ataullah Tarar "X" platformasında hərbi əməliyyatların çərşənbə günü gecə yarısından etibarən gələn bazar ertəsinə qədər dondurulduğunu elan edib. Əfqanıstan tərəfi də atəşkəs qərarını təsdiqləyib. "Taliban" hökumətinin sözçüsü Zabihullah Mücahid bildirib ki, bu addım Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər kimi dost islam ölkələrinin xahişi ilə atılıb. Lakin o, həmçinin xəbərdarlıq edib ki, Kabil istənilən təcavüzə qətiyyətlə cavab verəcək.

Energetika naziri Pərviz Şahbazov “PowerChina Resources Ltd” şirkətinin icraçı vitse-prezidenti He Shiyou ilə görüşüb. Görüşdə 160 MVt gücündə günəş elektrik stansiyası, 2 QVt gücündə dənizdə külək enerjisi layihələrinin icrası, eləcə də yeni investisiya imkanları ilə bağlı məsələlər müzakirə edilib. Günəş enerjisi layihəsinin həyata keçirilməsi istiqamətində irəliləyişlər qeyd edilib, bu stansiyanın ölkəmizin bərpa olunan enerji layihələrinin inkişafı ilə bağlı ikinci mərhələdə şəbəkəyə inteqrasiyasının nəzərdə tutulduğu vurğulanıb. Bu müstəvidə, hazırda Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) tərəfindən aparılan şəbəkə tədqiqatlarının nəticələrinin mühüm rolu diqqətə çatdırılıb.

18 mart tarixində Grand Hall-da Sea Breeze və ölkənin aparıcı səhiyyə operatorlarından biri olan Referans Medical Group arasında əməkdaşlığa dair memorandum imzalanıb. Tərəfdaşlıq Sea Breeze şəhər-kurortu ekosistemi çərçivəsində kompleks tibbi xidmət sisteminin formalaşdırılmasına və rezidentlər üçün əlavə üstünlüklərin yaradılmasına yönəlib. Referans Sea Breeze Hospital-ın açılışı yaxın zamanda gözlənilir.