#İran nüvə silahı

Tehran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlardan imtina etməyib, lakin Vaşinqtonun irəli sürdüyü şərtləri qəbuledilməz hesab edir. Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib. “ABŞ-la danışıqlar yolu hələ bağlanmayıb. Amma amerikalılar yalnız danışıqlardan yana olduqlarını deyir, masa arxasına əyləşmirlər və əsassız olaraq buna görə İranı ittiham edirlər” – deyə, Laricani “X” sosial şəbəkəsində yazıb.

Fransa və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) və danışıqların iflasa uğramasından sonra ölkəyə qarşı sanksiyaların bərpası məsələsini müzakirə etmək üçün avqustun 29-da qapalı məsləhətləşmələrin keçirilməsini tələb ediblər. Bu barədə diplomatik mənbə məlumat yayıb.

Məsələnin müzakirələrinin bu səviyyəyə çatması çox vacibdir, çünki bu, problemin mahiyyətini anlamağa imkan verir – bunun İsrailin müharibədəki məqsədlərindən və ya atəşkəs razılaşmasının şərtlərindən biri olub-olmamasından asılı olmayaraq. Əslində, Livanın belə bir vəziyyətə ehtiyacı var idi, çünki Hizbullahın silaha sahib olması ölkə daxilində paralel bir dövlətçik yaratmasına imkan verib.

Avropa üçlüyü (Böyük Britaniya, Almaniya və Fransa) İranın nüvə proqramı üzrə danışıqlarının nəticəsiz qalmasından sonra avqustun 28-də Tehrana qarşı sanksiyaların bərpa olunmasına qərar verə bilər. Məlumata görə, yaxın günlərdə Avropa üçlüyü BMT Təhlükəsizlik Şurasına yazılı şəkildə qərarını təqdim edəcək. Qəbul olunduğu halda, İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyalar 30 gün ərzində yenidən qüvvəyə minəcək.

İsrailin Baş naziri Benyamin Netanyahu açıq şəkildə bildirir ki, İsrail “İran xalqını azad etmək” üçün vasitələr hazırlayır. Müdafiə naziri İsrael Kats isə hələ də İranın ali rəhbəri Əli Xameneinin öldürüləcəyi ilə hədələyir. İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Giora Eiland gələcək barədə belə deyir: “Məncə, gələcəkdə biz bu müharibəni ‘İranla birinci müharibə’ adlandıracağıq, çünki İranla yeni müharibələrin baş verməsi demək olar ki, qaçılmazdır”.

Tehran Hizbullahın dəstəyinə ehtiyac duyur və ona heç bir şeyi diktə etmir. Bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani səsləndirib. “Biz Livan ‘Hizbullah’ının dəstəyinə necə ehtiyac duyuruqsa, o da bizə ehtiyac duyur. Biz ‘Hizbullah’a heç nəyi zorla qəbul etdirmirik, Livan məsələləri daxili dialoq yolu ilə həll olunmalıdır”.

Tramp Truth sosial media platformasında paylaşdığı mesajda, “İndi İranın istehsal etdiyi nüvə arsenalı tamamilə ləğv edildiyi üçün bütün Yaxın Şərq ölkələrinin İbrahim razılaşmalarına qoşulması mənim üçün çox vacibdir.” - deyə bildirib. O, İbrahim razılaşmalarının regionda sülhün təmin olunmasında önəmli rol oynayacağını iddia edib.

Rusiya Prezidenti Vladimir Putin ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Xatırladaq ki, iyulun 28-də Putin Netanyahu ilə telefon danışığında Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulamışdı. O, Suriyada bütün etnik və dini qrupların qanuni hüquqlarının və maraqlarının qorunması ilə daxili siyasi sabitliyin gücləndirilməsinin əhəmiyyətini qeyd etmişdi. O, həmçinin İranın nüvə proqramı ilə bağlı böhranın danışıqlar yolu ilə həll olunması üçün Moskvanın vasitəçilik etməyə hazır olduğunu bildirmişdi.