Türkiyə Statistika Komitəsinin (TÜİK) açıqladığı 2026-cı ilin yanvar ayına dair işçi qüvvəsi hesabatına əsasən, ölkədə işsizlik səviyyəsi ötən ayla müqayisədə 0,3 faiz artaraq 8,1 faiz təşkil edib. Bu dövrdə 15 və daha yuxarı yaşdakı şəxslər arasında işsizlərin sayı 73 min nəfər artaraq ümumilikdə 2 milyon 819 min nəfərə çatıb. Gender bölgüsünə gəldikdə isə işsizlik dərəcəsi kişilərdə 6,6 faiz, qadınlarda isə 11,0 faiz olaraq qiymətləndirilib.
#Türkiyədə qadın işsizliyi
Türkiyədə iyul ayına dair işçi qüvvəsi statistikaları açıqlanıb. Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, işsizlik səviyyəsi iyul ayında 0,4 bənd azalaraq 8 faiz olub. Bu göstərici son 5 ayın ən aşağı səviyyəsidir və işsizliyin tək rəqəmli səviyyədə qalması ardıcıl 27-ci ayda da davam edib. İyul ayında 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 164 min nəfər azalaraq 2 milyon 828 minə düşüb. İşsizlik göstəricisi kişilər arasında 6,5 faiz, qadınlar arasında isə 10,9 faiz səviyyəsində qeydə alınıb.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz əmək bazarına dair son göstəricilərlə bağlı paylaşım edərək, insan yönümlü və əhatəli inkişaf siyasətləri çərçivəsində sosial rifahın artırılacağını və işsizliyin azaldılacağını bildirib.