Ukrayna Prezidenti Volodimir Zelenski sülhün təmin olunması məsələsində Rusiyaya güzəştə getmək istəmədiyini bildirib. O, Ukraynanın Müstəqillik Günü münasibətilə yayımladığı videomüraciətində qeyd edib ki, Ukrayna bir daha heç vaxt “kompromisə məcbur edilməyəcək”.
#Rusiya Ukrayna sülh təşəbbüsü
ABŞ prezidenti Donald Tramp bildirib ki, iki həftə ərzində Ukrayna münaqişəsi ilə bağlı ya yeni sanksiyalar və rüsumlar tətbiq edə, ya da ümumiyyətlə heç bir addım atmaya bilər. Trampdan ABŞ-ın iki həftə sonra Rusiyaya və Ukraynadakı münaqişəyə yanaşmasını dəyişməyə hazır olub-olmaması barədə sual veriləndə, o cavabında gələcək addımlar barədə qərar qəbul edəcəyini bildirib. “Bu, çox mühüm qərar olacaq: ya ciddi sanksiyalar tətbiq ediləcək, ya rüsumlar, ya hər ikisi, yaxud da ümumiyyətlə heç nə etməyəcəyik və deyəcəyik ki, ‘bu, sizin müharibənizdir’,” – deyə, ABŞ prezidenti vurğulayıb.
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskinin mümkün görüşündə iştirak etməyi zəruri hesab etmədiyini bildirib. Bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən deyib.
Estoniyanın baş naziri Kristen Mixal Ukraynaya “istəklilər koalisiyası” çərçivəsində hərbi kontingent göndərməyə hazır olduqlarını bəyan edib. Mixal bu barədə "Postimees" qəzetinə açıqlama verib. “Estoniya Ukraynaya bir rota hərbçi göndərməyə və bu ölkəyə dəstək göstərməyə hazırdır”, – deyə baş nazir vurğulayıb.
NATO Baş katibi Mark Rütte, ABŞ prezidenti və Avropa İttifaqı liderləri ilə keçirilən sammitdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.Məlumata görə, söhbət zamanı Ukrayna ilə Rusiya arasındakı sülh prosesində son vəziyyət müzakirə olunub. Ərdoğan və Rütte həmçinin Qara dənizin təhlükəsizliyi məsələsinə toxunublar.
ABŞ Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri çərçivəsində bu ölkənin ərazisinə hərbi qüvvə göndərməyəcək. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlama verib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. Söhbət zamanı ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi görüş, həmçinin Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən iclasın nəticələri müzakirə edilib.
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampa Rusiyanı sülhə məcbur etməklə bağlı çağırış edib. u barədə Zelenski ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüşdən sonra “Telegram” kanalında məlumat yayıb.
ABŞ prezidenti Donald Tramp bildirib ki, bütün tənqidçilərinə baxmayaraq, Ukraynadakı böhrana son qoymaqda qətiyyətlidir. “Bütün qısqanc tənqidçilərimə baxmayaraq, mən bunun öhdəsindən gələcəyəm. Mən həmişə bunu etmişəm və indi də edəcəyəm” – deyə, o qeyd edib.
Almaniya kansleri Fridrix Mers ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə iştirak etmək üçün avqustun 18-də Vaşinqtona səfər edəcək. Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.
Tramp, Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi sammitin nəticələri barədə Zelenskiyə məlumat verərək Moskvanın cəbhə xəttinin dondurulması müqabilində Ukrayna ordusunun Donbasdan çıxarılmasını təklif etdiyini söyləyib. Məlumata görə, Zelenski bu şərti qəbul etməyib və bildirib ki “bu, mümkün deyil.”
Avropa liderləri, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Ukrayna münaqişəsinin həlli planını müzakirə edə bilərlər. Bu barədə “The New York Times” nəşri mənbələrə istinadən məlumat yayıb.