Yaponiya Yaxın Şərqdə ağırlaşan humanitar vəziyyətə cavab olaraq yeni yardım paketi elan edib. Ayrılan 15 milyon ABŞ dolları İran, Livan və işğal altındakı İordan çayının qərb sahilində yaşayan əhalinin əsas ehtiyaclarının qarşılanmasına yönəldiləcək. Yardım beynəlxalq humanitar təşkilatlar vasitəsilə çatdırılacaq və səhiyyə, ərzaq təminatı, müvəqqəti yaşayış yerləri, içməli su və sanitariya xidmətlərini əhatə edəcək. Yaponiya hökuməti humanitar böhranın təsirlərinin azaldılması üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. Eyni zamanda, Livanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının yardım əməliyyatlarını dəstəkləmək məqsədilə əlavə 640 min ABŞ dolları ayrılacaq. Bu vəsait Yaponiya Platforması vasitəsilə istifadə olunacaq. Son aylarda bölgədə davam edən gərginlik humanitar ehtiyacları daha da artırıb. Yaponiyanın yeni yardım qərarı zərərçəkmiş əhaliyə beynəlxalq dəstəyin davam etdiyini göstərir.
#Beynəlxalq Qırmızı Xaç Komitəsi
HƏMAS hərəkatı hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 20 israilli girovu azad edəcəyini açıqlayıb. Hərəkatın yazılı bəyanatında, vasitəçi ölkələrin İsraili atəşkəs razılaşmasına riayət etməyə məcbur etməsinin vacibliyinə diqqət çəkilərək, girovların azad olunması addımı təsdiqlənib. Bəyanata görə, Qəssam Briqadaları Qəzzədə atəşkəs və girov mübadiləsi razılaşmasının birinci mərhələsi çərçivəsində əlində saxladığı 20 israilli girovu azad edəcək.
Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC), İsrail ordusunun işğal planını faktiki olaraq həyata keçirməyə başladığı Qəzza şəhərindəki hərbi əməliyyatların intensivləşməsi səbəbilə bölgədəki fəaliyyətlərini müvəqqəti olaraq dayandırdığını açıqlayıb. Komitənin yaydığı yazılı bəyanatda bildirilib ki, Qəzza şəhərindəki hərbi əməliyyatların şiddətlənməsi nəticəsində, ICRC-nin Qəzza şəhərində yerləşən ofisinin fəaliyyəti müvəqqəti dayandırılıb, personalın təhlükəsizliyini təmin etmək və fəaliyyətin davamlılığını qorumaq məqsədilə işçilər Qəzzanın cənubundakı digər Qızıl Xaç ofislərinə köçürülüb.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) Əfqanıstanda baş verən zəlzələ ilə bağlı yaydığı açıqlamada, Kunar, Nangarhar və Lağman əyalətlərindəki dağıdıcı zəlzələnin geniş miqyaslı ziyana səbəb olduğunu bildirib. Açıqlamada, zəlzələ nəticəsində bir çox ailənin evsiz qaldığı və təcili humanitar yardıma ehtiyac duyduğu vurğulanıb. Əfqanıstan Qızıl Ayparası fövqəladə hallar qruplarını zərər çəkmiş ərazilərə göndərərək axtarış-xilasetmə və tibbi yardım işlərinə başlayıb. Yaralılar, xüsusilə Nangarhar xəstəxanası kimi sıxlıq yaşanan tibb müəssisələrinə təxliyə edilir.
Bakıda Cenevrə Konvensiyasının 75-ci ildönümünə həsr olunan seminar keçirilir