2025-ci ildə Türkiyədə 53 min 262 zəlzələ baş verib və bu, ölkədə zəlzələlərin ən çox qeydə alındığı ikinci il olub. İlin ən böyük zəlzələsi 23 aprel Silivridə 6,2 gücündə olub. Sındırgıda isə avqust və oktyabr aylarında 6,1 gücündə iki böyük zəlzələ qeydə alınıb. Burada 21 minə yaxın zəlzələ baş verib və əhali gündə orta hesabla 146 zəlzələ ilə qarşılaşıb. Konya, Kulu və Ankara, Etimesgut bölgələrində də gücü 3,6-5 olan zəlzələlər baş verib. Ümumilikdə 2025-ci ildə zəlzələlər nəticəsində 3 nəfər ölüb, 594 nəfər yaralanıb.