Almaniyanın "Bavariya" klubu ilə Belçikanın “Yunion” klubu arasında UEFA Çempionlar Liqasının yeddinci turunun oyunu başa çatıb. Komandalar Almaniyanın Münhen şəhərindəki “Arena München” stadionunda qarşılaşıb.
#Atletik Bilbao
Bu gün futbol üzrə İspaniya Superkubokunda final oyunu keçiriləcək. Həlledici qarşılaşmada “Barselona” və “Real Madrid” komandaları üz-üzə gələcəklər. Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports Siti” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İspaniya Super Kubokunun yarımfinal mərhələsində "Barselona" futbol klubu "Atletik Bilbao"nu 5:0 hesabı ilə məğlub edib. Turnir Səudiyyə Ərəbistanında keçirilir.
“Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniya Superkubokunun yarımfinal mərhələsində “Atletiko”ya qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda Azərbaycanı təmsil edən "Qarabağ" komandası növbəti vacib oyununa çıxacaq. "Qarabağ" bu dəfə İspaniyanın məşhur klubu "Atletik Bilbao" ilə qarşılaşacaq. Matç "San Mames" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Təmsilçimiz Qarabağ iki turdan sora iki qələbə qazanaraq tarixi uğura imza atıb. Ağdam klubu hazırda 6 xalla turnir cədvəlinin 6-cı yerində qərarlaşıb. Üçüncü turda isə təmsilçimiz Bilbao səfərinə yollanacaq. Oyun Bakı vaxtı ilə 20:45-də start götürəcək.
İspaniyanın "Atletik Bilbao" klubunun futbolçusu Yeray Alvares antidopinq qaydalarını pozduğuna görə müvəqqəti olaraq meydandan kənarlaşdırılıb.
Niko Uilyams (tam adı: Nicholas Williams Arthuer) — 12 iyul 2002-ci ildə İspaniyanın Pamplona şəhərində anadan olub. Futbol karyerasına Atletik Bilbao klubunun akademiyasında başlayan Niko, 2021-ci ildə əsas komandaya yüksəlib.