11-22 noyabr tarixlərində keçiriləcək COP29 konfransının proqramı konfransın rəsmi vebsaytında yerləşdirilib.
#COP29
Baham adalarının Baş naziri Filip Davis noyabrın 9-da BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik noyabrın 9-da BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Marşal Adaları Respublikasının Prezidenti Hilda Heine BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 9-da Azərbaycan Respublikasına səfərə gəlib.
Tuvalunun Baş naziri Feleti Teo BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 9-da Azərbaycan Respublikasına səfərə gəlib.
Noyabrın 11-dən 22-dək davam edəcək COP29-un Yaşıl Zonasında Heydər Əliyev Fondunun və Türkiyənin Sıfır Atık Fondunun birgə təşkil etdikləri pavilyonun son görüntüləri yayımlanıb.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkəsinin heyətinə BMT-nin Bakıdakı İqlim Konfransında (COP29) Baş nazir Mixail Mişustin rəhbərlik edəcək.
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd M.Xan Azərbaycanın İƏT yanında daimi nümayəndəsi, səfir Əli Əlizadə ilə görüşüb.
“COP29 Azərbayсan” çərçivəsində 7 noyabr 2024-cü il tarixində saat 19.00-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda "Ruh və təbiətin ekologiyası: fərqli baxış" adlı sərgi açılacaq. Bu sərginin özəlliyi ondan ibarətdir ki, onu abstrakt rəsm və heykəllər təşkil edir.
Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti öz işinə davam edir.
Bakıda keçiriləcək COP29 tədbiri ərəfəsində "Euronews" telekanalı Azərbaycanın genişmiqyaslı hazırlıqları və bu əsas iqlim konfransına ev sahibliyi etməyin əhəmiyyəti haqqında reportaj hazırlayıb.
Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərlə görüş keçirib