#Araz-Naxçıvan

Bu gün “Araz-Naxçıvan” və “Qəbələ” futbol klubları yoxlama görüşündə üz-üzə gələcək. Qış təlim-məşq toplanışı çərçivəsində qarşılaşacaq rəqiblərin dueli Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq.

“Araz-Naxçıvan” futbol klubunun yeni baş məşqçisi məlum olub. Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, komandanın baş məşqçisi vəzifəsinə Andrey Demçenko təyin edilib. Ukraynalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb. Razılaşmanın daha bir il müddətinə uzadılması imkanı da nəzərdə tutulub.

Turun günün ikinci matçında "Araz-Naxçıvan" səfərdə "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra "Araz-Naxçıvan" xallarını 26-ya çatdıraraq altıncı, "Şamaxı" isə 20 xalla səkkizinci pillədə qərarlaşıb.

01.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun “Neftçi” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1); 01.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun “Neftçi” – “Kəpəz” oyununun 75-ci dəqiqəsində meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);