#Siqaret və hava çirkliliyi

İranın paytaxtı Təhranda hava çirkliliyinin 22 faizi motosikletlərdən qaynaqlandığı açıqlanıb. Təhran Bələdiyyəsi Məclisinin sədri Mehdi Çemran bildirib ki, motosikletlərin elektriklə işləyən modellərlə əvəz edilməsi həm çirkliliyi azaltmaq, həm də təhlükəsizliyi artırmaq baxımından effektiv olacaq. İran Daxili İşlər Nazirliyinin məlumatına görə, paytaxtda 4 milyondan çox motosiklet fəaliyyət göstərir, onların 92 faizi köhnə modeldir və bir çoxunun rəsmi qeydiyyatı yoxdur.

Hind okeanındakı ada dövləti Maldivlər, 1 yanvar 2007-ci ildən sonra doğulan hər kəsə tütün məhsullarını almağı, istifadə etməyi və onlara satmağı qadağan edərək, dünyada “nəsillərarası siqaret qadağası” tətbiq edən yeganə ölkə olub. Maldivlər Səhiyyə Nazirliyinin açıqlamasına görə, bu qərar Prezident Məhəmməd Muizzunun təşəbbüsü ilə ilin əvvəlində qəbul edilib və 1 noyabrdan qüvvəyə minib.

Plastik çirklənmə insan sağlamlığına ciddi ziyan vurur və qlobal sağlamlıq xərclərinə hər il azı 1,5 trilyon dollara başa gəlir. AzerVoice xəbər verir ki, bu barədə “The Lancet” tibb jurnalında dərc olunan və Boston Kollecinin professoru Filip Landriqanın rəhbərlik etdiyi ekspert hesabatında bildirilir. Jurnalda dərc olunan yeni tədqiqat plastik istehsalının qlobal sağlamlığa təsirini dəyərləndirərək, bu materialın doğuşdan qocalığa qədər insanlara ciddi zərər verdiyini və illik iqtisadi itkinin ən azı 1,5 trilyon dollar təşkil etdiyini ortaya qoyub.