Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Maldivlərdə yeni qanun: 2007-ci ildən sonra doğulanlara siqaret qadağası

    1 Noyabr 2025 15:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Maldivlərdə yeni qanun: 2007-ci ildən sonra doğulanlara siqaret qadağası
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Hind okeanındakı ada dövləti Maldivlər, 1 yanvar 2007-ci ildən sonra doğulan hər kəsə tütün məhsullarını almağı, istifadə etməyi və onlara satmağı qadağan edərək, dünyada “nəsillərarası siqaret qadağası” tətbiq edən yeganə ölkə olub.

    AzerVoice xəbər verir ki, Maldivlər Səhiyyə Nazirliyinin açıqlamasına görə, bu qərar Prezident Məhəmməd Muizzunun təşəbbüsü ilə ilin əvvəlində qəbul edilib və 1 noyabrdan qüvvəyə minib.

    Nazirlik bildirib ki, yeni tənzimləmə “ictimai sağlamlığın qorunması və tütündən azad nəsil yetişdirilməsi” məqsədi daşıyır.

    Qaydalara əsasən, 2007-ci il yanvarın 1-dən sonra doğulan şəxslər tütün məhsullarını ala, istifadə edə və sata bilməyəcəklər. Satıcılar isə satışdan əvvəl alıcının yaşını yoxlamağa borcludurlar.

    Lüks turizmi ilə tanınan, min 191 mərcan adasından ibarət olan Maldivlərdə bu qayda turistlərə də şamil olunur.

    Bundan əlavə, ölkədə hər yaş qrupu üçün elektron siqaret və buxar cihazlarının idxalı, satışı, paylanması, saxlanması və istifadəsi tamamilə qadağan edilib.

    Yaşı çatmayanlara tütün məhsulu satan şəxslər 50 min rufiya (təxminən 3.200 ABŞ dolları), elektron siqaret istifadə edənlər isə 5 min rufiya (təxminən 320 dollar) cərimə ediləcəklər.

    Qeyd edək ki, oxşar “nəsillərarası siqaret qadağası” qanun layihəsi hazırda Böyük Britaniyada müzakirə mərhələsindədir.

    Bu tətbiqi ilk həyata keçirən Yeni Zelandiya isə 2023-cü ilin noyabrında qüvvəyə minən qanunu bir ildən də az müddət sonra ləğv etmişdi.

    #Maldiv #siqaret #siqaret qadağası #Maldiv Respublikası #elektron siqaret zərərləri #Siqaret və hava çirkliliyi #Maldiv adaları #elektron siqaret istifadəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gündən Azərbaycan vətəndaşları Maldivə vizasız səfər edə biləcəklər

    29 Aprel 2026 14:41

    Azərbaycanda elektron siqaret satanlar cərimələnəcək

    17 Fevral 2026 13:54

    Təhranda hava çirkliliyinin 22 faizi motosikletlərdən qaynaqlanır

    25 Noyabr 2025 14:06

    Plastik Çirklənmənin İnsan Sağlamlığına Təsiri Araşdırılıb

    9 Avqust 2025 10:28

    İndoneziyada hava çirkliliyindən 6 milyondan çox insan xəstələnib

    20 İyul 2025 15:00

    Niderland siqaret vergilərini artırıb

    22 İyun 2025 16:00

    Azərbaycan və Maldiv arasında viza rejimi qismən ləğv edilib

    18 İyun 2025 11:44

    İspaniya siqaret qadağasını genişləndirməyi planlaşdırır

    7 İyun 2025 12:25

    Avropa İttifaqında elektron siqaretlər üçün vergi gündəmdə: 15 ölkədən məktub

    7 İyun 2025 11:00

    Fransada uşaqlar olan məkanlarda siqaretə qadağan olunacaq

    1 İyun 2025 14:00

    Avropada gənclər narkotik və spirtdən daha çox elektron siqaretə yönəlir

    24 May 2025 15:30

    Vyetnamda elektron siqaretə tam qadağa: Turistlərə cərimə və həbs riski

    18 May 2025 12:00
    XƏBƏR LENTİ

    Muhsin Yazıcıoğlu işi üzrə istintaqda yeni iddia ortaya çıxıb

    Əsədullahil-qalib – Allahın qalib şiri: Həzrəti Əlinin elmi, səxavəti, qəhrəmanlıqları və şəhadəti

    Ahbap Fondu ilə bağlı istintaqda Oğuzhan Uğur dindirilib

    Bahçeli Aİ-nin KKTC ilə bağlı mövqeyini tənqid edib: Qərarlar Brüsseldə verilə bilməz

    BookHub təqdim edir: Qafqaz əsiri - İradənin və bəşəri mərhəmətin dastanı

    Linuxda vaxt və saat tənzimləməsi - Date və timedatectl dərsləri

    Bərdədən Səmərqəndə uzanan elmi yol: Hədis hafizi Əbu Əli Bərdəi

    Bitkilərin cinsiyyəti varmı?

    Allied – Müharibənin kölgəsində eşq və xəyanət imtahanı

    Şam işığında yaranan anatomiya və gizli güzgü yazısı: Leonardo da Vinçinin şok bioqrafiyası

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.