#ABŞ Müdafiə Nazirliyi

ABŞ Müdafiə Nazirliyinin Konqresə təqdim etdiyi hesabat 2025-ci ildə ABŞ qüvvələrinin həyata keçirdiyi hava zərbələri nəticəsində çox sayda mülki şəxsin öldüyünü və yaralandığını ortaya qoyub. Hesabatda xüsusilə Yəməndə həyata keçirilən üç hava hücumunda 150-dən çox mülki şəxsin öldüyü, 240-dan çox insanın isə yaralandığı bildirilib. Sənəd ABŞ ordusunun müharibə qanunlarına əməl etmək və mülki əhalinin zərər görməsinin qarşısını almaq istiqamətində “güclü göstəricilərə” malik olduğunu vurğulasa da, “Human Rights Watch” (HRW) bu yanaşmanı tənqid edib.

ABŞ Müdafiə Nazirliyi raketdən müdafiə vasitələrinin istehsalını artırmaq üçün “Boing” və “RTX” şirkətləri ilə çərçivə sazişləri bağlayıb. Sazişlər “SM-3 Blok 2A” və “SM-3 Blok 1B” raket əleyhinə vasitələr üçün hissələrin istehsalının artırılmasını nəzərdə tutur. Bu vasitələr gəmilərdən buraxılır və “Aegis” ballistik raketlərdən müdafiə sisteminin əsas elementlərindən hesab olunur. Qərar Pentaqonun ABŞ müdafiə sənayesinə silah istehsalını sürətləndirmək çağırışından sonra qəbul edilib. İranla uzunmüddətli müharibə fonunda ABŞ-ın sursat ehtiyatlarının vəziyyəti diqqət mərkəzinə düşüb. Bəzi hücum və müdafiə təyinatlı silahların ehtiyatlarının təhlükəli dərəcədə azaldığı barədə məlumatlar yayılıb. Ağ Ev isə ABŞ ordusunda sursat çatışmazlığı yarandığını inkar edib. Yeni sazişlərin məqsədi ABŞ-ın raketdən müdafiə imkanlarını və silah istehsalı gücünü artırmaqdır.

Pentaqon rəsmisi Cerred Konli ABŞ ordusunun İranla müharibəni davam etdirmək üçün kifayət qədər sursata malik olduğunu bildirib. Açıqlama ABŞ-nin bəzi mühüm hərbi sursat ehtiyatlarının azaldığına dair məlumatlar fonunda verilib. Xüsusilə ballistik raketlərin qarşısını almaq üçün istifadə olunan raketlərin ehtiyatı ilə bağlı narahatlıqlar mövcuddur. Konli ABŞ ordusunun hazırkı vəzifələri yerinə yetirmək üçün kifayət qədər sursatının olduğunu deyib. Onun sözlərinə görə, Müdafiə Nazirliyi müharibəni davam etdirmək üçün lazım olan bütün vasitələrə malikdir. Pentaqon rəsmisi bununla ABŞ-nin hərbi imkanları ilə bağlı narahatlıqlara cavab verib. Bununla belə, ayrı-ayrı sursat növlərinin ehtiyatları barədə məlumat açıqlanmayıb. ABŞ-nin hava hücumundan müdafiə vasitələrinin ehtiyatlarının vəziyyəti diqqət mərkəzində qalır.

ABŞ-ın müharibə naziri Pit Heqset İranın hərbi imkanlarının tamamilə sıradan çıxarıldığını və Tehranın atəşkəs üçün müraciət etdiyini bəyan edib. Pit Heqset bildirib ki, İran tərəfi ağır hərbi zərbələrdən sonra atəşkəs əldə olunması üçün "yalvarıb". Heqsetin sözlərinə görə, ABŞ ordusu ilk gündən planlaşdırılan bütün strateji hədəflərə nail olub və İrana qarşı "sarsıdıcı" hərbi hücum həyata keçirilib.

ABŞ Müdafiə Nazirliyi (Pentagon) İsrailin F-15IA qırıcı təyyarələri proqramı çərçivəsində “Boeing” şirkəti ilə 8,6 milyard dollarlıq müqavilənin bağlandığını açıqlayıb. Müqavilə İsrail Hərbi Hava Qüvvələri üçün 25 ədəd yeni F-15IA təyyarəsinin layihələndirilməsi, inteqrasiyası, sınaqları, istehsalı və təhvil verilməsini, eyni zamanda əlavə 25 təyyarə üçün opsionu əhatə edir.

ABŞ Dövlət Departamenti Livana 90,5 milyon dollar dəyərində orta sinif taktiki hərbi nəqliyyat vasitələrinin mümkün satışına razılıq verib. Açıqlamada bildirilir ki, sözügedən taktiki vasitələrin və əlaqəli avadanlıqların satışı Livan Silahlı Qüvvələrinin mövcud və gələcək təhlükələrlə mübarizə qabiliyyətini artıracaq, həmçinin ölkənin terrorla mübarizə fəaliyyətlərinin daha effektiv həyata keçirilməsinə imkan verəcək.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) müdafiə sənayesi şirkətlərindən ehtimal olunan Çinlə münaqişə ssenarisinə hazırlıq məqsədilə raket istehsalını iki və ya dörd dəfə artırmağı tələb edib. Pentaqon ən çox tələbat olan 12 əsas silah sisteminin istehsalına xüsusi diqqət yetirilməsini istəyir. Bu məsələ yüksək səviyyəli görüşlərdə Pentaqon rəhbərliyi ilə ABŞ-ın aparıcı raket istehsalçılarının rəhbərləri arasında müzakirə olunub.

ABŞ prezidenti Donald Trampın administrasiyası Müdafiə Nazirliyinin (Pentaqon) adını dəyişərək onu “Müharibə Nazirliyi” adlandırmağı planlaşdırır. Hökumətin ən böyük qurumuna yenidən “Müharibə Nazirliyi” adının verilməsi üçün Konqresin qərarı lazım ola bilər. Bununla belə, Ağ Ev bu dəyişikliyi həyata keçirmək üçün alternativ yolları da araşdırır. Florida ştatından respublikaçı konqresmen Qreq Stiub illik müdafiə siyasəti qanun layihəsinə düzəliş təqdim edib. Bu dəyişiklik Pentaqonun adının dəyişdirilməsini nəzərdə tutur ki, bu da Konqresdə müəyyən respublikaçı dəstəyinin mövcudluğunu göstərir. Ağ Ev əlavə təfərrüat açıqlamayıb, amma Trampın ötən həftə ABŞ ordusunun hücum qabiliyyətlərinə diqqət çəkən bəyanatına istinad edib. Ağ Evin sözçüsü Anna Kelli bildirib: “Prezident Trampın da qeyd etdiyi kimi, ordumuz yalnız müdafiəyə deyil, hücuma da fokuslanmalıdır. Buna görə də o, Pentaqonda müxtəliflik, bərabərlik və inklüzivlikdən daha çox döyüşçülərə önəm verdi.”