#PKK terror təşkilatı

Türkiyənin 11 rayonunda PKK terror təşkilatına qarşı “Gürz-25” əməliyyatı keçirilib. Əməliyyat zamanı ələ keçirilən sursatlar arasında 4 ədəd M79 istiliyə həssas tank əleyhinə sursat, 3 ədəd RPG-7 qumbaraatan, 3 ədəd PKM pulemyot, 4 ədəd Draqunov snayper tüfəngi və 12 ədəd kalaşnikov avtomatı olub. Bundan əlavə, 105 əl qumbarası, 78 qumbaraatan sursatı və 14 mindən çox müxtəlif kalibrdə sursat da təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriya və İraqın şimalında terror təşkilatı PKK/YPG-yə aid məntəqələrə hava zərbələri endirib. Açıqlamada PKK-ya aid sözdə hərbi, kəşfiyyat, enerji/infrastruktur obyektləri, logistika və sursat anbarları kimi bir çox hədəf məhv edilib.