Qəzzanın Bureyc qaçqın düşərgəsində İsrail hava zərbəsi nəticəsində "Əl-Cəzirə Mübaşir" kanalının operatoru Əhməd Vişah həlak olub. "Əl-Cəzirə" hadisəni jurnalistlərə qarşı növbəti hücum kimi qiymətləndirib. Gün ərzində Qəzzada baş verən hücumlarda azı 10 nəfərin öldüyü bildirilir. Əhməd Vişahın qardaşı Məhəmməd Vişah da bu ilin aprel ayında İsrail atəşi nəticəsində həyatını itirmişdi. İsrail ordusu onun HƏMAS-la əlaqəli olduğunu iddia etsə də, bununla bağlı sübut təqdim etməyib. Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, 2023-cü ilin oktyabrından bəri Qəzzada azı 260 jurnalist öldürülüb. Hadisə beynəlxalq media qurumlarının diqqətini cəlb edib. Bölgədə jurnalistlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır.
#Media təhlükəsizliyi
Livan prezidenti Jozef Aun İsrailin ölkədə media nümayəndələrinə qarşı birbaşa hücumlar həyata keçirdiyini bildirib. Onun sözlərinə görə, bu addımlar İsrailin Livanda həyata keçirdiyi hərbi əməliyyatların nəticələrini gizlətmək məqsədi daşıyır.
II Azərbaycan – Özbəkistan Media Forumu çərçivəsində“Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” mövzusunda panel sessiya keçirilib.