Balkan ölkəsində, xüsusilə paytaxt Podqoritsa və Nikşiç, Bijelo Polye, Canja, Buljarika bölgələrində davam edən yanğınlar küləyin təsiri ilə bəzi yaşayış məntəqələrinə yaxınlaşıb. Monteneqro Daxili İşlər Nazirliyi NATO vasitəsilə qonşu ölkələr də daxil olmaqla beynəlxalq ictimaiyyətdən dəstək istədiyini açıqlayıb. Serbiya yanğınlara havadan müdaxilə üçün vertolyot göndərib, Xorvatiya isə yanğınsöndürmə təyyarəsi ilə kömək göstərib. Ölkədə yüksək temperatur səbəbindən qırmızı təhlükə elan olunub.