Səddam Hüseyn 28 aprel 1937-ci ildə İraqın Tikrit şəhəri yaxınlığındakı Əl-Auca kəndində anadan olub. Bəzi mənbələr onun doğum tarixini 1 iyul 1939-cu il kimi göstərir. Atası Səddam doğulmazdan əvvəl vəfat etmiş, anası Sabha Tulfah ona "Səddam" (ərəbcədə "müqavimət göstərən") adını vermişdir. Səddamı əmisi Xeyrallah Tulfah böyütmüşdür. Xeyrallah İraq ordusunda zabit olmuş, 1941-ci ildə İngiltərə-İraq müharibəsində iştirak etmiş və sonradan 5 il həbs cəzası almışdır.