#Embraer

Qazaxıstan 25 dekabr 2024-cü ildə Aktau şəhəri yaxınlığından “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin qəzası ilə bağlı hesabat üçün Rusiya və Qərb laboratoriyalarının nəticələrini gözləyir. Bunu Qazaxıstanın Nəqliyyat Naziri Nurlan Sauranbayev Astanada keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, tədqiqat materialları daxili razılaşma çərçivəsində laborator müayinə üçün Azərbaycan və Rusiyaya təqdim olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğramasının birinci ildönümü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. Paylaşımda faciə nəticəsində həyatını itirənlərin xatirəsi ehtiramla yad olunub və onların ailələrinə dərin hüznlə başsağlığı ifadə edilib. Birinci vitse-prezident bu cür hadisələrin unudulmamasının vacibliyini vurğulayaraq, aviasiya təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanılmasının önəmini qeyd edib.