ABŞ-ın siyasi sistemində din və dövlət münasibətləri 240 illik möhkəm konstitusion təməllər üzərində qurulub ki, bu da ölkənin həm dini hegemonluqdan qorunmasını, həm də cəmiyyətdə dini azadlığın saxlanılmasını təmin edir. Nyu-York kimi qlobal bir meqapolisin müsəlman meri Zohran Momdaninin seçilməsi ilə Vaşinqtonda Donald Trampın rəhbərliyi altında yüksələn sağ-məsihçi ritorikası arasındakı təzad, Amerika demokratiyasının dinlə imtahanını yenidən gündəmə gətirir. ABŞ Konstitusiyası istənilən dinə mənsub şəxsin, o cümlədən müsəlmanların dövlət vəzifəsi tutmasına hüquqi maneə tanımır və hakimiyyətə gedən yolu "iman testi" ilə deyil, seçici etimadı ilə müəyyən edir.
#ABŞ Konstitusiyası
ABŞ Konqresində müdafiə naziri ilə bağlı impiçment təşəbbüsü irəli sürülüb, eyni zamanda Prezidentə qarşı Konstitusiyanın 25-ci düzəlişinin tətbiqi çağırışları səsləndirilib. ABŞ Konqresinin demokrat üzvü Yassamin Ansari ölkənin müdafiə naziri Pete Hegseth barəsində rəsmi ittiham maddələrinin təqdim ediləcəyini açıqlayıb.
18 dekabr 1865-ci ildə ABŞ Konstitusiyasına edilən 13-cü düzəlişin rəsmi qüvvəyə minməsi ilə ölkədə köləlik və məcburi əmək tam şəkildə qadağan olundu. Düzəlişdə bildirilirdi ki, “cinayətə görə qanuni cəza halları istisna olmaqla, ABŞ ərazisində və onun yurisdiksiyasına daxil olan hər hansı məkanda nə köləlik, nə də məcburi əmək mövcud ola bilməz”.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, böyük ehtimalla növbəti prezident seçkilərində iştirak etməyəcək. Bu barədə o, CNBC telekanalına verdiyi müsahibədə deyib.