ABŞ-ın vitse-prezidenti C.D. Vens və xüsusi elçisi Stiv Uitkof bazar ertəsi İsrailə səfər edəcəklər. Səfərin məqsədi ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planının həyata keçirilməsi və prosesdə əldə olunan irəliləyişlərin müzakirəsidir.
#Cey Di Vens
İndoneziya da daxil olmaqla bir sıra böyük müsəlman ölkələri atəşkəsi dəstəkləmək və anklavda təhlükəsizliyi təmin etmək üçün Qəzza zolağına öz qoşunlarını yerləşdirməyə hazır olduqlarını bildiriblər.
Böyük Britaniyanın müdafiə naziri Con Hili Ukrayna müharibəsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinə mesaj ünvanlayıb. Onun sözlərinə görə, London müharibə davam etdiyi müddətdə Kiyevə dəstəyini gücləndirərək davam etdirəcək.
Son bir neçə ildə Kirk-in çıxışları və qısa videoları amerikalı gənclər arasında od kimi yayılırdı. Bəzi kadrlarda onu ABŞ universitetlərində abort məsələsi ətrafında liberal gənclərlə mübahisə edərkən görmək olurdu — o, abortu “körpəyə qarşı qətl” adlandırırdı; bəzilərində cinsi keçid ideyasına qarşı çıxırdı; bəzilərində isə ağdərili amerikalıların silah gəzdirmə hüququnu müdafiə edir, sosial baxımdan mühafizəkar dəyərləri müdafiə edirdi; ya da ABŞ prezidenti Donald Trampın siyasətlərini təbliğ və müdafiə edirdi.
“Telegraph” qəzetinin yazdığına görə, Donald Trampın rəhbərlik etdiyi Respublikaçılar Partiyasında Qəzza müharibəsi fonunda İsrail baş naziri Benyamin Netanyahunun dəstəklənməsi məsələsi ciddi mübahisələr yaradıb. Məlumata görə, Tramp və vitse-prezident Cey Di Vensin hakimiyyətə gəlməsindən sonra Vaşinqtonda keçirilən Milli Mühafizəkar Hərəkatın illik toplantısında bayram əhvali-ruhiyyəsi gözlənilsə də, İsrail siyasəti barədə fikir ayrılığı tədbirə damğa vurub. Mühafizəkar çevrələrin bir qismi İsrailin Qəzzadakı müharibəsini dəstəkləməyin siyasi yükə çevrildiyini bildirir. “The American Conservative” jurnalının direktoru Kurt Mills konfransda çıxış edərək qeyd edib: “Tramp hərəkatı ideoloji baxımdan həqiqətən bütöv olmaq istəyirsə, istisna edə bilməyəcəyi ölkə İsraildir”.
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrdə onun səhhəti ilə bağlı yayılan iddialara münasibət bildirib. O, həmçinin administrasiyasının həyata keçirdiyi siyasət nəticəsində Kolumbiya dairəsinin “cinayətdən azad zona”ya çevrildiyini bildirib.
ABŞ vitse-prezidenti Cey Di Vens Ukrayna münaqişəsinə dair açıqlamasında Rusiyanın hədəflərini şərh edib. Vens bildirib ki, Kiyev uzunmüddətli perspektivdə ərazi bütövlüyünü qorumaq istəyir, Kreml isə əlavə torpaq iddialarını davam etdirir.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və prezidentin xüsusi elçisi Stiven Uitkoff Rusiya və Ukrayna ilə əlaqələri koordinasiya edəcək və yaxın zamanda Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenskinin görüşünün təşkilinə çalışacaqlar. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.
Avropa ölkələrinin liderləri və Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparacaqlar. Söhbət Berlin vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 16:00-da) planlaşdırılır. Danışığa ABŞ-ın vitse-prezidenti Cey Di Vens də qoşulacaq.
Amerikalılar Ukrayna üçün vəsait xərcləmək istəmir və ABŞ Prezidenti Donald Tramp bu münaqişənin maliyyələşdirilməsinə son qoymaq niyyətindədir.
ABŞ administrasiyası, İranın nüvə obyektlərinə hava zərbələri endirməsinə baxmayaraq, ölkənin özü ilə müharibədə olmadığını bildirir.
ABŞ hazırkı böhranın uzunmüddətli həlli yollarını İranla müzakirə etməkdə maraqlıdır.