ABŞ-ın Texas ştatında məhkəmə 43 yaşlı Elizabet Volf adlı qadını üç yaşlı müsəlman uşağı boğmağa cəhd etdiyi üçün 5 il müddətinə azadlıqdan məhrum edib. Hadisə 2024-cü ilin may ayında Euless şəhərində yerləşən yaşayış kompleksinin hovuzunda baş verib. Polis məlumatına görə, cinayətin əsas motivi irqçilik zəmnində olub. Məhkəmə sənədlərinə və CBS News ilə Fort Worth Star-Telegram qəzetinin yayımladığı məlumatlara əsasən, hakim Endi Porter Volfu "qəsdən adam öldürməyə cəhd" ittihamı ilə təqsirli bilib və hökm çıxarıb.
#müsəlman
BMT-nin Myanma üzrə Müstəqil İstintaq Mexanizminin rəhbəri Nikolas Koumjian Banqladeşə sığınan bir milyondan çox Rohinca müsəlmanının onlara qarşı zorakılıqlar dayanmadan və məsul şəxslər məhkəmə qarşısına çıxarılmadan Myanmaya təhlükəsiz şəkildə qayıda bilməyəcəyini bildirib. BMT-nin açıqlamasında qeyd olunub ki, son 18 ayda Rakhayn əyalətində artan zorakılıqlar nəticəsində təxminən 150 min nəfər əlavə olaraq Banqladeşə sığınıb. İstintaq Mexanizmi kəndlərin yandırılması, qətllər, işgəncələr və zorlamalarla bağlı yeni araşdırmalara başlayıb.
İslam dünyasının memarlıq irsi heyrətamiz dərəcədə zəngindir. Ən məşhur məscidlərin, sarayların, türbələrin və qalaların bir neçəsinin siyahısını sizə təqdim edirik.
İspaniyanın cənubundakı Mursiya əyalətinin Cumilla bələdiyyəsində sağçı Vox partiyasının təzyiqi ilə müsəlmanların dini bayramlarının ictimai yerlərdə qeyd edilməsi 2026-cı ildən etibarən qadağan olunub. Bu qərar Vox-un dəstəklədiyi Xalq Partiyası (PP) ilə koalisiya çərçivəsində qəbul edili
Əsrlər boyu ingilis dili birbaşa ərəb dilindən götürülmüş bir çox sözləri qəbul etmişdir. Oxuculara ərəb mənşəli 20 ingilis sözü təqdim edirik