#İran valyutası

İranda iqtisadi böhran fonunda genişlənən etiraz aksiyaları səbəbindən Almaniya, İtaliya, İspaniya, Portuqaliya və Polonya daxil olmaqla bir çox Avropa İttifaqı (Aİ) ölkəsi vətəndaşlarına təcili xəbərdarlıq edib. Ölkələrin xarici işlər nazirlikləri yanvarın 8-dən etibarən Tehranda şiddətlənən hadisələri nəzərə alaraq vətəndaşlarını mövcud imkanlarla İranı tərk etməyə və bu ölkəyə səfərlərdən çəkinməyə çağırıb. İspaniyanın xarici işlər naziri Jose Manuel Albares bölgədəki vəziyyəti "çox mürəkkəb" adlandıraraq birtərəfli xarici müdaxilənin İrana sabitlik gətirməyəcəyini və ölkənin dinc yolla demokratik gələcəyə addımlamasının vacibliyini vurğulayıb.

İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) ölkədə iqtisadi çətinliklər səbəbindən başlayan etirazlarda ölənlərin sayının 42-yə yüksəldiyini açıqlayıb. ABŞ mərkəzli HRANA-nın saytında yayımlanan məlumata görə, 12 gündür davam edən etirazlar İranın 31 əyalətində baş verib. Bu müddət ərzində 5-i 18 yaşından kiçik olmaqla 34 etirazçı və təhlükəsizlik qüvvələrindən 8 nəfər həyatını itirib. Ümumilikdə 2 277 nəfər saxlanılıb. Yaralanmaların əksəriyyəti isə saçma və plastik mərmilərdən qaynaqlanıb.

İranda bir həftədən uzun davam edən etirazlarda 35 nəfər həyatını itirib, 1 200-dən çox insan saxlanılıb. Etirazlar ölkənin 27 vilayətində davam edir. İranda baş verən etirazlarda ölənlərin sayı azı 35-ə çatıb. Ölümlər arasında 29 etirazçı, 4 uşaq və İran təhlükəsizlik qüvvələrinin 2 üzvü var. ABŞ-ın İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat verib ki, etirazlarda 1 200-dən çox insan saxlanılıb.