#Pərviz Şahbazov

Nazir çıxışında bildirib ki, Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətləri olmuş liderdir. Ümummilli Liderin Birləşmiş Ştatlarla etibarlı və sabit tərəfdaşlıq yaratmağa xidmət edən səyləri nəticəsində enerji, təhlükəsizlik və iqtisadi əməkdaşlığın strateji çərçivəsinin formalaşdığı vurğulanıb. Heydər Əliyevin strateji düşüncəsinin məhsulu olaraq 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan-ABŞ enerji tərəfdaşlığının ilk nailiyyəti, Xəzər dənizinin enerji resurslarının beynəlxalq bazarlara çıxarılması ilə bağlı bütün proseslərdə ABŞ-nin yaxından iştirakının başlanğıcı kimi qiymətləndirilib. “Ümummilli Liderin sözləri ilə desək, mənə elə gəlir ki, bunu ilk dəfə Amerikada "Əsrin müqaviləsi" adlandırdılar. Birləşmiş Ştatların dəstəyi olmasaydı, biz 1994-cü ildə ilk müqaviləni, Bakı-Ceyhan neft borusu haqqında sazişi imzalaya bilməzdik,” - deyə nazir Ulu Öndərdən sitat gətirib. “Əsrin müqaviləsi”nin ardınca Ağ Evdə hər iki ölkənin neft şirkətləri arasında dörd müqavilənin imzalanması, həmçinin ABŞ-nin dəstəyi ilə Bakı- Supsa, Bakı-Tbilisi-Ceyhan Cənub Qaz Dəhlizi layihələrinin reallaşması enerji tərəfdaşlığımızın uğurlu nümunələri kimi qeyd olunub.

İclasda çıxış edən energetika naziri Pərviz Şahbazov sarsılmaz Azərbaycan - Türkiyə birliyi və strateji müttəfiqliyinin digər türk dövlətləri ilə münasibətlərimizdə də öz əksini taparaq türk dünyası ailəsinin formalaşmasına yol açdığını vurğulayıb. Nazir dövlət başçılarının strateji baxış və qətiyyətli siyasətlərinin Türk Dövlətləri Təşkilatının nüfuzunu və regional rolunu artırdığını, təşkilatın artıq geosiyasi mərkəzə və qlobal arenada vacib aktora çevrildiyini qeyd edib.

Energetika naziri Pərviz Şahbazovla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld arasında görüş keçirilib. Görüşdə “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) və Böyük Britaniyanın “Xlinks” şirkəti də təmsil olunub. Azərbaycanla Birləşmiş Krallıq arasında enerji əməkdaşlığının inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Uzunmüddətli enerji tərəfdaşlığının “yaşıl enerji”, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və innovasiyaların tətbiqi üzrə genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Mərasimdə çıxış edən nazir Pərviz Şahbazov hər iki ölkə liderlərinin siyasi iradəsi sayəsində Azərbaycan-Özbəkistan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini və bu prosesdə dövlət başçıları arasında mövcud olan şəxsi etimad və dostluğun əvəzsiz rol oynadığını vurğulayıb. Nazir ölkəmizin tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasını, eləcə də Orta Dəhlizin əhəmiyyətini artıran Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslərin münasibətlərimizin inkişafında yeni səhifə açdığını qeyd edib. Bildirilib ki, ölkələrimizin vahid geosiyasi məkan kimi inteqrasiyasını təmin edən bu yeni reallıqlarda enerji tərəfdaşlığı xüsusi yer tutur: “SOCAR və “Uzbekneftegaz”ın birgə əməkdaşlığı ilə həyata keçirilən Üstyurt regionunda kəşfiyyat-axtarış layihəsinə başlanması da bunun bariz nümunəsidir. Bu layihə enerji tərəfdaşlığımızın strateji əhəmiyyətini bir daha təsdiqləyir, hər iki ölkənin karbohidrogen sektorunda bilik və texnologiya mübadiləsini gücləndirməyə, regional enerji inteqrasiyasına və enerji təchizatında birgə iştirak imkanlarına zəmin yaradır.”

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini anmaq, həmçinin ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılması istiqamətində birgə fəaliyyəti təşviq etmək məqsədi daşıyan aksiyada energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov,Energetika Nazirliyinin aparatı, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak edib.

Naxçıvanın “Yaşıl Enerji Zonası” kimi inkişafına dair müzakirələr aparılıb. Energetika naziri Pərviz Şahbazovun və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin birgə sədrliyi ilə “Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində elektroenergetika sisteminin inkişafına həsr olunmuş iclas keçirilib. Görüşdə ötən il elektrik enerjisi istehsalının 48 faizini təşkil edən bərpa olunan enerji mənbələri sahəsində layihələr, o cümlədən 50 MVt gücündə günəş elektrik stansiyasının inşası ilə bağlı fikir mübadiləsi aparılıb.

Qazaxıstan Aktua-Bakı-Ceyhan marşrutunu neft tədarükü üçün strateji istiqamət kimi nəzərdən keçirir. Qazaxıstanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu haqda Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Qazaxıstan Enerji Həftəsi çərçivəsində keçirdiyi görüş zamanı deyib. Akkecenovun sözlərinə görə, 2023-cü ildə həmin marşrutla 1,06 milyon ton Qazaxıstan nefti nəql olunub, 2025-ci ilin sonuna qədər isə ixrac həcminin 1,7 milyon tona çatdırılması planlaşdırılır.

2-ci Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günü start götürüb. tədbirdə COP29-un Prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova və digər rəsmi şəxslər çıxış edəcəklər.