#Pərviz Şahbazov

Energetika naziri Pərviz Şahbazov Masallı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, elektrik təsərrüfatının yenilənməsi, qaz xətlərinin istismar vəziyyəti, qazdan istifadəyə görə borcun yaranması, elektrik enerjisinin keyfiyyəti, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib.

Energetika naziri Pərviz Şahbazov Bakı və Sumqayıt şəhərlərindən olan vətəndaşları qəbul edib. Nazirlikdə təşkil olunmuş qəbul zamanı elektrik xətlərinin kabelləşdirilməsi, sayğacların quraşdırılması, enerji sərfiyyatı üzrə borcun yaranması, mənzilin təbii qaz təchizatı və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Azərbaycan-İtaliya Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli imzalayıblar. Tədbir çərçivəsində eyni zamanda 2026-2027-ci illərdə 18 istiqamət üzrə 65 tədbirin icrasını nəzərdə tutan Fəaliyyət Planı qəbul edilib.

Bakıda Azərbaycan–İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilir. Azərbaycan tərəfdən Komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellidir. Tədbirdə Azərbaycan və İtaliya hökumətlərini təmsil edən rəsmi şəxslər, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani arasında görüş keçirilib. İki ölkə arasında güclü dostluq və tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib. “ACWA Power” şirkəti ilə həyata keçirilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası qardaşlığın və tərəfdaşlığın rəmzi kimi dəyərləndirilib. Bu əməkdaşlığın digər perspektivli layihələrlə genişlənəcəyi qeyd edilib.

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə görüşüb. Görüş zamanı Qara dəniz, Avropa, Mərkəzi Asiya və Naxçıvan marşrutları üzrə elektrik enerjisi interkonnektorları layihələrinin icra vəziyyəti, həmçinin Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığı arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Şirkətlə elektrik enerjisinin istehsalı ilə yanaşı, ötürülməsi istiqamətində də əməkdaşlıq perspektivləri dəyərləndirilib.

Energetika naziri Pərviz Şahbazovla Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon arasında görüş olub. Görüşdə hazırda Vaşinqtonda Azərbaycanla əlaqələrin inkişafına böyük maraq və müsbət münasibətin olduğu qeyd edilib. Azərbaycan-ABŞ enerji əməkdaşlığının yeni mərhələdə inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Bu çərçivədə energetika nazirinin ABŞ-yə səfərinin nəticələri nəzərdən keçirilib. İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının enerji istiqaməti, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP), müxtəlif istiqamətli enerji layihələri və digər prioritet sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın neft hasilatı sahəsində tarixi təcrübəsi, təbii qazın təchizatçısı kimi enerji təhlükəsizliyində mühüm rolu, həmçinin bərpa olunan enerjinin istehsalı və ixracı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin elektrik enerjisi, fiber-optik və hidrogen komponentlərindən bəhs edilib. Həmçinin məlumat mərkəzlərinin yaradılması və onların elektrik enerjisi ilə təchizatı, bu sahəyə investisiyaların təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb.